Cümə axşamı, Mart 23, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

“İran müharibə etmək istəyir, çünki…” – Sabiq nazirdən şok iddia

30 Yanvar 2023, 19:38
in Cəmiyyət
“İran müharibə etmək istəyir, çünki…” – Sabiq nazirdən şok iddia


Yenisabah.az türkoloq alim, professor Firudin Cəlilovla müsahibəni təqdim edir:

– Firudin müəllim, Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma münasibətiniz necədir, bunu necə qiymətləndirirsiniz?

– Təəccüblü bir şey yoxdur, biz İrandan danışırıq. Əvvəla, səfirliyimizə edilən alçaq hücum terror aktıdır. Bunun başqa adı yoxdur, ola da bilməz. Bəli, İranda müxtəlif qüvvələr var, hətta hakimiyyətdə olan qüvvələr daxilində ciddi qarşıdurmadan danışmaq mümkündür. Çünki hakimiyyət uğrunda mübarizə gedir. Ona görə də tərəflərdən biri Azərbaycan səfirliyinə terror aktını işləyib hazırlaya bilərdi. Hər halda bu versiya da araşdırılmalıdır.

İkincisi, səfirliyə hücum etmək, orada olan əməkdaşlara qarşı qətliam təşkil etmək dünyada terror hücumu sayılır, belə qəbul olunur. Bununla bağlı Vyana konvensiyası var, beynəlxalq öhdəliklər mövcuddur. İndiki halda İran üzərində götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu mənada indi İranın düşdüyü durum onlar acısından heç də xoşagələn hal deyil.

Üçüncüsü, hadisədən sonra İrandakı bir neçə hərbi obyekt vurulub, amma kim tərəfindən vurulduğu konkret məlum deyil. Əlbəttə, bunu türklərin ayağına bağlamaq cəhdləri də ola bilər. Amma bir daha qeyd edim ki, İranda hakimiyyət uğrunda mübarizə gedir, təkcə İran daxilində deyil, onun xaricində də terrorist qruplar var. Bu hücum onların da işi ola bilər. Məncə, yaxın günlərdə bu məsələ də aydınlaşacaq.

Nəhayətdə İranda həm də zəlzələ olub, dağıntılar var. Diqqətlə baxanda görürsən ki, İrana sanki bədbəxtlik dalbadal göndərilir. Bu da mollaların apardığı yanlış siyasətin nəticəsidir. Bel siyasətlə təkcə region üçün deyil, dünya üçün təhlükə ortaya qoyurlar. Hər halda bizim səfirliyimizə hücum dünya tərəfindən pislənir və ittiham olunur. Hesab edirəm ki, İran istisna olmaqla digər dövlətlər və ölkələr ortaya real mövqe qoymaqda davam edirlər.

– Azərbaycan səfirliyinə hücum edən İran və ya onun hansısa strukturu istədiyi nəticəni əldə edə bildimi?

– İran tərəfinin ilk açıqlamaları çox gülməli və biabırçı oldu. Guya bizim səfirliyi inzibati binasında onun xanımını saxlayırlar, buraxmırlar və s. Bu da o səbəbdən səfirliyə gələrək terror törədib. Bu, ağlasığmaz fantastik nağıldır. Görünür, İran rəsmiləri bu durumla qəfil rastlaşdıqları üçün aid edə bilməyiblər ki, hadisəni hansı aspektdən açıqlasınlar. Ona görə belə dolaşıq iddialar ortaya atıblar.

– Bəlkə, hadisənin motivini dəyişdirmək, başqa rakusda təqdim etmək niyyəti var…

– Sözsüz ki, belə niyyət və istəkləri olmamış deyil. Elə terror aktını məişət zəminində təqdim etmək bunun göstəricisidir. Aydındır, terrorçunu ədalət arayışında olduğu üçün səfirliyə hücum etdiyi mənzərəsini yaratmaq niyyətində ola bilərlər. Amma bir daha deyirəm ki, bu hücumun başqa adı yoxdur, ola da bilməz. Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumudur. İran mollaları bu imicdən qaçmaq üçün məişət nağıllarını ortalıqda fırladırlar. Amma keçməyəcək.

– Terror hücumundan sonra Azərbaycan tərəfinin reaksiyasını necə qiymətləndirmək olar?

– Azərbaycan situasiyaya uyğun addımlar atıb, dərhal olayı haqlı olaraq terror hücumu kimi qiymətləndirib. Hesab edirəm ki, görülən tədbirlərin hamısı düzgündür. Eyni zamanda hesab edirəm ki, bizim Tehranda səfirliyimiz, Təbrizdə konsulluğumuz olmalıdır. Orada bizim milyonlarla soydaşımız var. Əlbəttə, hazırda diplomatlarımız oradan təxliyə edilib. Bunun da səbəbi odur ki, İran beynəlxalq öhdəliklərə baxmayarq diplomatların təhlükəsizlik fəaliyyətinə şərait yarada bilmir. Həmçinin bundan sonra səfirliklərimizin qorunmasına ciddi diqqət edilməli, bunu tamamilə səfirliyimizin fəaliyyət göstərdiyi ölkələrin ümidinə buraxmamalıyıq. Bəllidir ki, səfirliyin qapısı çox mürəkkəb mexanizmlə idarə olunur. Görünür, terrorçu və onu planlaşdıranlar belə məqamları da nəzərə alıblar. Hər halda terror aktı pislənməlidir. Bizim səfirliyin əməkdaşı şəhid olub, daha iki yaralımız var. Bunlar ciddi məsələlərdir və İran ciddi düşünməlidir.

– Bundan sonra Azərbaycan-İran münasibətləri necə olacaq?

– İran elə durumdadır ki, onun bu saat Azərbaycanla mübarizə etməyi, müharibə aparmağı ziyanınadır. İran rəhbərliyi bilir ki, Azərbaycanın arxasında Türkiyə, Pakistan var. Eləcə də mümkün hərbi qarşıdurmada istər-istəməz İsrail və digər ölkələrdən dəstək alacağıq. Yəni Azərbaycanla hərbi qarşıdurmaya getmək İranın sonu anlamına gələ bilər. Bəli, mollalar bunu çox yaxşı anlayırlar. Amma İran mövzunu dəyişmək, əhalini etirazlardan çəkindirmək və diqqəti yayındırmaq məqsədilə hansısa ölkə ilə müharibəyə girə bilər. Ya ərəblərlə, ya İraqla, ya da başqası ilə. Odur ki, prosesləri diqqətlə izləmək lazımdır.

Amma İranın bizə qarşı düşmənçilik etməsi yeni məsələ deyil, buna normal baxılmalıdır. Bu münasibət yeni ortaya çıxmayıb. Ərəblər Sasaniləri dağıdan gündən farslar düşünüb ki, hakimiyyət əldən çıxdı, türklər mənimsədi. Bununla da türkə münasibətdə düşmənçilik başlayıb. Yəni min ildir. 1925-ci ildə hakimiyyəti türklərdən aldıqdan sonra bu münasibəti dövlət siyasəti səviyyəsində aparırlar. İranın Ermənistana dəstəyi dünənin məsələsi deyil, bu illərin işidir və həm də təsadüfi deyil. Yəni bizə qarşı düşməni münasibətlərinin ortaya qoyublar.

– Sizcə, səfirliyimizə xain hücum İran dövləti tərəfindən ədalətli şəkildə araşdırılacaq?

– Hesab edirəm ki, onlar heç cür ədalətli araşdırmaq istəməzlər, amma bunu etməyə məcburdurlar. Yəni ortaya münasibət, ağlabatan izahat qoymalıdırlar. Nə vaxta qədər oyun oynaya bilərlər? Biz də tələb edirik ki, əsaslı izahat versin, səfirliyimizə hücumun səbəblərini ortaya qoysunlar./Teleqraf.com

ShareSendTweetShare
Previous Post

Müdafiə Nazirliyi məlumat yaydı – Video

Next Post

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb.

Related Posts

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır
Cəmiyyət

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

by reportyor info
22 Mart 2023, 14:38
Novruz bayramını qalib xalq olaraq qeyd edirik
Cəmiyyət

Novruz bayramını qalib xalq olaraq qeyd edirik

by reportyor info
19 Mart 2023, 15:01
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?
Cəmiyyət

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

by reportyor info
19 Mart 2023, 13:18
Azərbaycanın bəzi bölgələrində yağış yağıb
Cəmiyyət

Azərbaycanın bəzi bölgələrində yağış yağıb

by reportyor info
19 Mart 2023, 13:04
Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”
Cəmiyyət

Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

by reportyor info
19 Mart 2023, 13:02

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

22 Mart 2023, 14:38
Novruz bayramını qalib xalq olaraq qeyd edirik

Novruz bayramını qalib xalq olaraq qeyd edirik

19 Mart 2023, 15:01
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

19 Mart 2023, 13:18
Azərbaycanın bəzi bölgələrində yağış yağıb

Azərbaycanın bəzi bölgələrində yağış yağıb

19 Mart 2023, 13:04
Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

19 Mart 2023, 13:02
Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

19 Mart 2023, 12:57
Xızı polisi şəhid ailələrini ziyarət edib

Xızı polisi şəhid ailələrini ziyarət edib

18 Mart 2023, 18:53
Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

18 Mart 2023, 18:48
Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

18 Mart 2023, 18:46
Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

18 Mart 2023, 17:26
“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

18 Mart 2023, 14:41
Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb –  Mikaelyan

Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb – Mikaelyan

17 Mart 2023, 15:21
Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

17 Mart 2023, 14:35
Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

17 Mart 2023, 14:33
Eldar Sultanov vəzifəsindən azad edildi

Eldar Sultanov vəzifəsindən azad edildi

17 Mart 2023, 14:29
Vüqar Qurbanovdan yeni təyinatlar

Vüqar Qurbanovdan yeni təyinatlar

17 Mart 2023, 14:27
“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

17 Mart 2023, 14:22
Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

17 Mart 2023, 14:18
Zaxarova Paşinyanı ələ saldı

Zaxarova Paşinyanı ələ saldı

17 Mart 2023, 13:16
Araik “istefaya” hazırlaşır

Araik “istefaya” hazırlaşır

17 Mart 2023, 13:13
Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

16 Mart 2023, 23:11
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

16 Mart 2023, 23:01
“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

16 Mart 2023, 16:03
“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

16 Mart 2023, 13:56
Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

16 Mart 2023, 13:18
PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

16 Mart 2023, 12:13
“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

16 Mart 2023, 11:58
Bakıdan yeni təkliflər almışıq – Paşinyan

Bakıdan yeni təkliflər almışıq – Paşinyan

16 Mart 2023, 11:50
Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

16 Mart 2023, 11:34
Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

15 Mart 2023, 16:19

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Fev    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Haqqımızda
  • Əlaqə

© 2022 Reportyor.info