İran İslam İnqilabı Keşikçiləri Korpusu (İRGC; “Sepah”) bu gün Fars Körfəzində, habelə Hörmuz boğazının qərb hissəsində 14-cü “Böyük Peyğəmbər” (“Pəyambəre-Əzəm”) hərbi təlim keçirir.
Reportyor.info xəbər verir ki, dəniz qüvvələri, hava və kosmik qüvvələrinin iştirakı ilə keçirilən təlimlərə həm də raket bölmələri və dronlar da cəlb ediləcək.
Təlimdə iştirak edən hərbi hissələrin bu il aprel ayında orbitə yerləşdirilmiş İranın ilk hərbi peyki olan “Nur”dan məlumat dəstəyi aldıqları da bildirilir/




















