15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular müzakirə predmeti ola bilməz” – Xamenei

30 May 2019, 15:52
Dünya
A A
“İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular müzakirə predmeti ola bilməz” – Xamenei

“Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir. Çünki ABŞ və onun əlaltıları “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışırlar və əlbəttə məğlub olacaqlar”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib: “Fələstini müdafiə etmək İslama xas bir məsələ deyil. Bəlkə vicdan və humanitar bir məsələdir. Əlbəttə, müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”.

Xamenei əcnəbi KİV-lərin ABŞ-la müzakirə mövzusunu şişirtməsindən danışıb və bildirib ki, onlar İran müzakirə masasına oturmalıdır dedikdə, ABŞ-la müzakirəni deyirlər: “Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur. Avropa ölkələri və başqaları ilə müzakirələr edirik. Əsas məsələ də müzakirə predmetini müəyyənləşdirməkdir. Bİz hər bir mövzu haqqında müzakirə etmirik. İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz”.

O bildirib ki, bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənmişdir. “Onlar deyirlər, biz bunu istəyirik, biz də deyirik yox”.

Sözügedən mövzu ətrafında İslam Respublikasının ABŞ-la heç vaxt müzakirə etməyəcəyini deyən Ayətullah Xamenei əlavə edib ki, necə ki, öncədən də demişdim, ABŞ-la müzakirə etməməyin səbəbi budur: “Birincisi, heç bir faydası yoxdur, ikincisi, ziyanlıdır”.

“ABŞ-ın öz məqsədlərinə çatmaq üçün bir strategiyası var və bir də taktikası. Onların strategiyası qarşı tərəfi yormaq məqsədilə “təzyiq” etməkdir. Sonra isə “müzakirə” dən təzyiqi təkmilləşdirmək və öz məqsədlərinə çatmaq üçün isitfadə etməkdir”. – deyən Ayətullah sözünə davam edib: “Bu, əslində müzakirə deyil. Bəlkə təzyiqlərin “məhsul”unu toplamaq üçün bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, onların təzyiqləri ya azalacaq, ya da durdurulacaq. Əgər ABŞ-ın “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, sürüşmək və uduzmaq qətidir”.

İran İslam Respublikasının ABŞ-ın təzyiqləri qarşısında lazimi təzyiq vasitələrinə sahib olduğunu açıqlayan İranın Ali Rəhbəri bildirib ki, bu vasitələr onların təbliğ etdiklərinin əksi olaraq hərbi vasitələr deyil, əlbəttə, bir zaman lazım gələrsə, həmin vasitələr də mövcuddur: “İslam Respublikasının təzyiq vasitələrindən nümunə kimi ölkənin Milli Təhlükəsizlik Ali Şurasının nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılması bəyanatını göstərmək olar. Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru qərar idi. Çünki əgər təzyiq vasitəsindən vaxtında istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək mövzunu tələsmədən davam etdirəcək. Lakin əgər təzyiq vasitəsindən doğru istifadə olunarsa, düşünəcək ki, nəsə bir addım atsın”.

Ayətullah Xamenei deyib ki, nüvə sahəsində yüksək elmi gücə sahib olmalarına baxmayaraq, heç vaxt nüvə silahı ardınca getməyiblər: “Fiqhi, dini və şəriət baxımından kütləvi qırğın silahlarını – nüvə və ya kimyəvi silahlar olsun, – haram bilirik. Biz kütləvi qırğın silahların istehsalını anbarda saxlamaq üçün belə səhv, qeyri-məntiqi və ağılsızlıq hesab edirik. Ölkəyə çoxlu xərc yaradır və heç bir istifadəsi də yoxdur. Ona görə, əsasən kütləvi silahların istehsalına qarşıyıq, lakin uranın zənginləşdirilməsinə ehtiyacımız var. Çünki ölkənin gələcəyi buna möhtacdır. Əgər bu gün gücümüzü artırmasaq, 10 ildən sonra sıfırdan başlamalıyıq”.

İran lideri çıxışının sonunda sevindirici hal kimi vurğulayıb ki, bu gün ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə etməmək məsələsində eyni düşüncədədirlər: “ABŞ-la müzakirə heç bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti indiki hökumətlə hərəkətlərində fərqli olsa da, mahiyyətdə heç bir fərqi yoxdur. Əlbəttə, zahiri fərqli idi, daxili isə eyni. İslam Respublikası ABŞ-ın müzakirə sahəsindəki taktikalarına aldanmayacaq. Hələlik Milli Təhlükəsizlik Ali Şurasının son qərarı ilə təzyiq vasitəsi kimi istifadə etmişik, lakin bununla da işi bitmiş hesab etməyəcəyik. Sonrakı mərhələdə, əgər lazım gələrsə, digər təzyiq vasitələrimizdən istifadə edəcəyik”.

Əvvəlki yazı

“Novxanıda müxalifətçilərin həbsi prezidentə qarşı təxribatdır”

Sonrakı yazı

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək –Qanun dəyişdi

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.