10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İran bunu qəsdlə edir ki, hadisələrdə əli olduğu bilinsin” – Politoloq

31 Mart 2023, 12:39
Siyasət, Manşet
A A
“İran bunu qəsdlə edir ki, hadisələrdə əli olduğu bilinsin” – Politoloq

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan 2 ay ötür. Eyni zamanda Fazil Mustafaya qarşı törədilən cinayətdə də eyni qüvvənin əlinin olduğu bildirilir. Nəticədə İranla münasibətlər getdikcə daha da gərginləşir. Millət vəkilinə qarşı həyata keçirilən hücumun isə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışından bir gün öncəyə təsadüf etməsi ciddi müzakirə mövzusuna çevrilib.

Bəs Azərbaycanın bu məsələyə münasibəti necə olmalıdır? Cinayətkar(lar) tapılarsa və tapşırığın müəyyən bir dövlətdən alındığı təsdiqlənərsə, Azərbaycan buna necə reaksiya verəcək? 

Mövcud prosesləri Globalinfo.az-a dəyərləndirən politoloq Yeganə Hacıyeva artıq səfirliyimizə edilən hücumun arxasında İran dövlətinin dayanmasının təsdiqini tapdığını bildirib: “Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücumun İranın siyasi hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilməsinə artıq şübhə yoxdur. Terror hücumundan sonra İranın davranışı bunu təsdiq edir. Çünki bu səfirliyimizə qarşı törədilən cinayətin araşdırılması üçün heç bir ciddi addım atılmır. Əksinə ilk dəqiqələrdən İranın əsas məqsədi dövlət kimi öz məsuliyyətini gizlətmək oldu. Hətta beynəlxalq təşkilatların bu məsələnin araşdırılması üçün çağırışlarının qarşısı alınmağa çalışdı. Çünki İran bu hücumun araşdırılacağı təqdirdə arxasında birbaşa dövlətin dayanması faktının üzə çıxacağının fərqindədir”.

Politoloq Azərbaycanın səfirliyə hücumla bağlı beynəlxalq səviyyədə ciddi addımlar atdığını nəzərə çatdırıb:

“Azərbaycan isə məsələni xüsusi diqqətdə saxlayır. Bakı hadisənin araşdırılması üçün İrandan kənarda beynəlxalq istintaq qrupunun yaradılmasına təşəbbüs göstərir və bu istiqamətdə irəliləyir. Hazırda diqqət bu istintaqı doğru apara biləcək beynəlxalq istintaq qrupunun təşkil edilməsindədir ki, İranda bu proses yürüdülə bilsin. Azərbaycan paralel olaraq bu məsələdə İranın Vyana konvensiyalarını, həmçinin BMT-nin diplomatik korpuslarla bağlı iki vacib konvensiyasını pozması, öz ərazisində yerləşən səfirliyə terror hücumu planlaması ilə bağlı hüquqi təqiblərin başlamasına çalışır. Fikrimcə, bütün bunlar öz nəticəsini verəcək. Mən tam əminəm ki, həmin istintaq qrupu bu hadisədə İranın rolunu ortaya çıxaracaq, cinayətkarlar tapılacaq və Vyana konvensiyası və BMT-nin müvafiq konvensiyasın pozulmasına görə uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər”.

Y.Hacıyeva səfirliyə və millət vəkilinə qarşı həyata keçirilən hücumun eyni məqsəd daşıdığını, İranın təxribatının bununla bitmədiyini söyləyib:

“İstər Azərbaycanın diplomatik korpusuna hücum, istərsə də ölkənin qanunverici orqanının üzvlərindən biri olan Fazil Mustafaya qarşı törədilən terror aktı iki mühüm hadisə ərəfində həyata keçirildi.
İlki Azərbaycanın İsraildə səfirliyinin açılması üçün proses başladıldığı zaman, ikinici isə məhz səfirliyin rəsmi açılışından bir gün öncə törədildi.
Hər ikisində də sadə vətəndaşa deyil də,sırf dövlət mülkiyyətinə və rəsmisinə hücumun edilməsi birbaşa Azərbaycan dövlətinə qarşı terror əməlidir. İki hadisənin də İran xəttilə törədilməs isə bizə məlumdur.

Diğər cinayətlər isə həm də cəmiyyətdə gərginliyin yaradılması üçün atılan adsımlardır. “Bravo” hipermarketinə hücum zamanı da cinayətkarın məhz İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazinin yaxınlığında likvidasiya olunması heç də təsadüfi deyildi, daha sonra iki nəfərin günün günorta çağı güllələnməsi də həmçinin . Doğrudur,İranın Azərbaycandakı şəbəkəsi bunu əsasən quldurluq əməli təbliğatı aparsa da əlbəttə əsas məqsəd bu deyildi. O hadisədə iştirak edən cinayətkarların hər ikisində silah kalaşnikov idi. Həmçinin Fazil Mustafaya qarşı cinayət də bu silah vasitəsilə törədilmişdi. Bu silah İranın terror vasitəsidir.
İran bunu qəsdlə edir ki, hadisələrdə onun əlinin olduğu bilinsin”.

Əvvəlki yazı

Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: ““Vesta Construction” 61 min borcu qaytarmır”

Sonrakı yazı

Ermənistan və Azərbaycan sərhədində gərginlik… – KTMT

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.