İran İslam Respublikasnın (İİR) prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı üzrə öhdəliklərin yerinə yetirilməsindən qismən imtina etdiyini bildirib. Söhbət Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) həmin iki bəndindən gedir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) onlardan hələ ötən il mayın 8-də çıxıb.
«Biz, BHFP üzrə iki bəndin yerinə yetirilməsini dayndırırıq. Onlar, bizdə olan zənginləşdirilmiş uranın və ağır suyun satışının 60 günlük dayandırılmasını nəzərdə tutur» – deyə, «PressTV» Ruhanidən sitat gətirir.
Qeyd olunur ki, İran öz qərarı barədə BHFP-nın üzvü olan dövlətlərin – Fransanın, Almaniyanın, Britaniyanın, Çinin və Rusiyanın səfirlərinə məlumat verib.
Bundan başqa, məlumdur ki, İslam respublikasının prezidenti avropalı həmkarlarna danışıqlar üçün 60 gün vaxt verib.
Bundan əvvəl xəbər verilmişdi ki, Ruhani İranı sazişdən çıxarmaq niyyətində deyil, ancaq ABŞ-n fəaliyyəti ilə bağlı bir sıra tədbirlər görəcək.