10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe – Putinin “dirijor çubuğu” ilə…

13 Fevral 2019, 10:34
Manşet
A A
İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe – Putinin “dirijor çubuğu” ilə…

Yeni hökumətin Qərbə inteqrasiya bəyanatları fiasko olur; Ermənistan müdafiə nazirinin şok bəyanatının səbəbi; işğalçı ölkə Suriyadakı əməliyyatlarda iştirak edəcək?..

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-nə İrana nəzərdə tutulan ilk rəsmi səfərinə hazırlıq gedir. “Hazırlıq” deyəndə ki, əslində bu, daha çox hər iki tərəf üçün sırf siyasi mesaj anlamı daşıyır və dünyaya, dost-rəqiblərə ismarış niyyəti güdür. İran bununla bölgədə  təklənmədiyini və regional güc olaraq, qəbul edildiyini göstərmək, işğalçı ölkə də bölgədə tək olmadığını və İran kimi iri müsəlman dövlətinin himayəsində olduğunu nümayiş etdirmək istəyir.

Paşinyanın səfərinin bu xüsusda ilk növbədə ABŞ-da məmnunluq yaratmayacağı haqda yazmışıq. Hərçənd Rusiyanın satelliti olan bir ölkənin rəhbərinin Tehranda hansısa önəmli və ikitərəfli əhəmiyyət kəsb edən sənədi imzalaması gözlənilmir. Bu səfər həmçinin Ermənistanın İrana vəfa borcunu nümayiş etdirən, bir az da Qərbdən pul qoparmaq üçün şantaj niyyəti güdən bir ziyarət olacaq…

*****

Bu arada Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan silahlı qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarda iştirakını istisna etmədiyini söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, İrəvanda yunan Kiprinin müdafiə naziri Savvas Angelidislə dünən keçirdiyi mətbuat konfransında bəyan edib.

Paşinyan ile ilgili görsel sonucu

“Suriyanın indiki de-fakto hakimiyyətindən erməni humanitar missiyasının Suriyaya göndərilməsi haqda yazılı müraciət daxil olub. Humanitar missiya qanun əsasında həyata keçirilir. Əlavə onu bildirim ki, əgər Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti də yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək. Düşünürəm ki, belə bir qərarın qəbulu üçün Ermənistandakı parlamentdən kənar qüvvələrlə də işləyəcəyik”, – deyə erməni müdafiə naziri bildirib.

Aydındır ki, Ermənistan hərbçiləri Suriyada yalnız Rusiya komandanlığı altında hərbi əməliyyatlara qatıla bilərlər. O da məlumdur ki, Bəşər Əsəd rejiminin əsas müdafiəçiləri Rusiya və İran, əsas əleyhdarları isə Türkiyə, ABŞ-dır.

Ağ ev ile ilgili görsel sonucu

Məsələ də ondadır ki, Paşinyan hökumətindəki əsas güc naziri sayılan David Tonoyanın bu açıqlaması, şübhəsiz, Moskvaya növbəti xoşməramlı və mütilik jesti, rəsmi Vaşinqtonu isə əsəbiləşdirəcək bir mövqedir. Maraqlıdır ki, Tonoyon bu bəyanatı təzəcə başa çatan Rusiya səfərindən bir neçə gün sonra verib. Həmin səfər zamanı ona Moskvada SU-30SM qırıcılarının maketi təqdim edilmiş, o da həmin maketi əlində tutaraq, sevincək poza vermişdi.

Bildirək ki, Rusiya Ermənistana aşağı faizli kredit çərçivəsində və daxili bazar qiymətinə 2020-ci ildə bu qırıcıdan bir neçəsini verməyi planlaşdırır. Lakin o vaxta kimi Kreml Paşinyan hökumətinin sədaqətinə əmin olmalıdır. Sədaqət andları isə, göründüyü kimi, artıq əməli şəkildə reallaşmağa başlayıb.

*****

David Tonoyanın Moskvada ile ilgili görsel sonucu

Təsadüfi deyil ki, müdafiə naziri David Tonoyanın Moskvadan qayıtdıqdan sonra verdiyi yuxarıdakı açıqlama əsasən qərbyönlülərdən ibarət olan yeni parlamentdəki çoxluq tərəfindən narazılıqla qarşılanıb. Belə ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan dünən deyib ki, “Ermənistan hökuməti qoşunların təmas xəttindəki Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirmək yerinə, Suriyaya hərbi missiya göndərir”. Komitə sədrinin sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan Azərbaycandan verilən bütün açıqlamaları ciddiyə almalıdır.

Xatirladaq ki, keçən həftə Nikol Paşinyan Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərmişdi. Məlumata görə, minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən xəbər verib. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.

David Tonoyanın Moskvada ile ilgili görsel sonucu

Bundan az öncə isə məlum olmuşdu ki, Nikol Paşinyan hökumətinin 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi yer alıb. “Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” – sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.

*****

Syria Armenian Army ile ilgili görsel sonucu

Putinin vassalı Bəşər Əsədə İrəvandan bu kimi kömək və dəstək bəyanatları, hərbi əməliyyatlarda Əsəd qüvvələri tərəfdə iştirakla bağlı Tonoyanın vədi, habelə açıqlanan 5 illik proqram ondan xəbər verir ki, Ermənistanın yeni rəhbərliyinin də ölkəni Rusiyanın qucağından düşürmək niyyəti yoxdur və Nikolun Qərbə inteqrasiya haqda bəyanatları gerçəkdən, nağıldan başqa bir şey deyil. Bir qədər də dəqiqləşdirsək, belə demək olar ki, prezident Vladimir Putin ABŞ-ın “dirijor çubuğu” ilə hakimiyyətə gələn Nikol Paşinyanı, faktiki, ram etməkdə və onu öz “dirijor çubuğu” altında oynatmaqdadır. Odur ki, Qərb də öz işini bilməlidir.

Təbii ki, erməni tərəfinin Rusiya reveransları ən əvvəl Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalını davam etdirmək istəyindən dolayı yaşanan narahatlıqla bağlıdır. Qarabağ konfliktinin ədalətli həllini arzulayan bir qüvvə Rusiyaya sığınmaz. O ki qaldı D.Tonoyanın “Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək” sözlərinə, burada beynəlxalq hüquqa “sayğılı” erməni rəsmilərinə bir-iki sual ünvanlamaq qalır: Ermənistanın silahlı qüvvələri hansı qanuni əsasla 30 ildir yad bir ölkənin ərazisində – Azərbaycanda mövcuddur? Bu icazəni ona kim verib, yoxsa Ermənistan özünü “qanuni işğalçı” hesab edir? Hərçənd bir işğalçının – Ermənistanın başqa bir işğalçıya – Gürcüstan və Ukrayna torpaqlarını zəbt eləmiş Rusiyaya dəstəyi və qul sədaqəti təəccüblü deyil…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

SÖYÜN SADIQOVUN QƏFİL HƏBSİ… – Onu Abbasov, yoxsa ermənilər tutdurub?

Sonrakı yazı

Azərbaycanın varlı uşaqları necə yaşayır? (FOTOLAR)

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.