İrəvandakı “Sürməli” ticarət mərkəzininin dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.
“Hraparak” xəbər verir ki, axtarılanların sayının 15 nəfər olduğu bildirilir.
Axtarışda olan şəxslərdən biri İran vətəndaşı Mehri Təhreridir.
Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.