07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İrəvan üçün gerisayım başladı: Brüssel tələsi…

06 İyul 2018, 09:12
Siyasət
A A
İrəvan üçün gerisayım başladı: Brüssel tələsi…

Qərb “gəl-gəl” deyir, Moskva isə… göz ağardır; Kremlin səbir kasası dolmaq üzrə – kritik gəlişmə; Ermənistanın yeni rəhbərliyi Qərbə, NATO-ya yaxınlaşma qarşılığında Putini sakitləşdirməyin təcili yollarını arayır; erməni politoloqlardan SOS: “Rusları başa salmalıyıq ki…”

Baş nazir Nikol Paşinyanın Brüssel səfəri Ermənistanda son günlər KİV və ekspert çevrələrinin əsas mövzusuna çevrilib. Xəbər verdiyimiz kimi, 5 gündən sonra – iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti  olacaq. Paşinyanın bu sammitə qonaq qismində qatılması artıq dəqiqləşib. Erməni baş nazirin mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Birliyi (AB) rəsmiləri görüşləri də nəzərdə tutulub.

Həm NATO, həm də AB yetkililərinin açıqlamalarından belə qənaət hasil olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, bu gizli qərbçiyə olduqca isti qəbul və təmaslar vəd edir. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Bundan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və islahatlara dəstək verməyə hazır olduğunu söyləmişdi.

*****

kreml ile ilgili görsel sonucu

“Yeni Müsavat” qeyd edir ki, adətən ölkə başçılarının Brüssel səfərləri ərəfəsində bu cür bəyanatlar səslənmir. Ermənistan və onun yeni baş naziri timsalında belə jestlər isə şübhə yox ki, onu Qərbə sarı daha ürəklə gəlməyə, Rusiyadan daha ürəklə uzaqlaşmağa şirnikləndirmək üçündür. Bu üzdən konkret olaraq, Brüssel görüşləri kritik, hətta dönüş nöqtəsi sayılır. Çünki Moskvanın bu səfərlə bağlı rahatsız və qıcıqlı olduğu aydın sezilir. Ən azından, Kremlə yaxın KİV-lərdə və ekspertlərin dilindən narazı ovqat ortadadır və Cocuq Mərcanlı törəni də Ermənistan hökumətinə xəbərdarlıq mesajı kimi qiymətləndirilir.

Necə deyərlər, Paşinyan üçün “geri sayım” başlayıb. Bunu yaxşı anlayan Ermənistanın rəsmi dairələri və ekspert ictimaiyyətində hazırda bir xof yaşanır və Brüssel sammiti yaxınlaşdıqca bu xof artır.

*****

“Qərb tərəfindən Ermənistanın ünvanına gələn belə mesajlar əlbəttə ki, pozitivdir. Ancaq bu prosesə Rusiyanın neqativ yanaşması və qısqanclığı səbəbindən özündə təhlükə də daşıyır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən Qarnik Gevorkyanın 1 in.am nəşrində getmiş şərh yazısında deyilir.

“Ruslar hələlik ekspert çevrələri vasitəsilə işarə vururlar ki, Qərb strukturları, o cümlədən NATO ilə yaxınlaşmanın cavabı olaraq Ermənistanın təhlükəsizliyində problemlər yarana bilər. Başqa sözlə, Qarabağ cəbhəsində müharibə və təkcə bu da yox”, – deyə müəllif təşvişlə qeyd edir (buradaca yada salaq ki, Brüssel sammitinin gündəliyində “Rusiya aqressiyası ilə mübarizə” mövzusu da var).

Federika Moqerinini ile ilgili görsel sonucu

Bu xüsusda erməni şərhçi AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin Avroparlamentdəki srağagünkü müzakirələr zamanı Ermənistanla bağlı söylədiklərinə diqqət çəkir: “Moqerini deyib ki, Ermənistanla tərəfdaşlıq haqda anlaşma geosiyasi xarakterli və konfronrasion deyil. Ermənistan hakimiyyətinin əsas vəzifəsi indi bu mesajı Rusiyaya çatdırmaqdır. Rusiyada stereotip yanaşma var: orada istənilən Qərb strukturu ilə əlaqələr anti-Rusiya gedişi kimi qəbul edilir. Halbuki Ermənistanın yeni rəhbərliyi hər addımda və demək olar, bütün tribunalardan bəyan edir ki, öz xarici siyasət kursunda, o cümlədən Avrasiya Birliyi və KTTMT-də üzvlüklə bağlı dəyişiklik etməyəcək. Ruslarla, Rusiya hakimiyyəti ilə, onun siyasi dairələri ilə, ekspert ictimaiyyəti ilə danışmaq lazımdır ki, Ermənistanın hər addımına anti-Rusiya prizmasından baxılmasın və bunun nəticəsi olaraq da müttəfiqlik əleyhinə qərarlar verilməsin”.

Paşinyan ile ilgili görsel sonucu

Ancaq bunlar əbəs çağırışlardır. Çünki hamıdan yaxşı elə ruslar bilir ki, komandasını “qərbçilər”dən quran Nikol Paşinyanın KTMT və Avrasiya Birliyi ilə bağlı Putinə verdiyi vədlər müvəqqətidir, “siyasi çətir” rolundadır və AB-dən, ABŞ-dan lazımi zəmanətlər alınan kimi Ermənistan xarici siyasət oriyentasiyasını Qərbə dəyişəcək, Rusiyanı satacaq. Hər necə olmasa, son 100 ildə ermənilər bu “qabiliyyəti” bir neçə dəfə sübut ediblər.

*****

“Ermənistan üçün bütün istiqamətlərdə – dost ölkələr və strukturlarla, o cümlədən NATO ilə əlaqələri inkişaf etdirmək vacibdir. Ermənistan öz xarici siyasətini balanslaşdırmalıdır”. Bunu isə, “Yeni Müsavat”ın məlumatına görə, politoloq Gevork Məlikyan baş nazir Nikol Paşinyanın gözlənilən Brüssel səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistan üçün yeni imkanlar əldə eləməyə çalışır. “Bu – bizim üçün imkanlar deməkdir. Hazırda əla imkanlar müstəvisi var. Çox mühümdür ki, Paşinyan Ermənistandakı mövcud reallıqları orada təqdim eləsin. NATO-nun da Ermənistanla bağlı müəyyən gözləntiləri var. Söhbət Appaturayın da dediyi kimi, əməkdaşlığın həcmi və dərinləşməsindən gedir. Əlbəttə ki, bu, NATO-ya üzvlüyü və ya üzvlük perspektivini ehtiva eləmir. Ancaq o da aydındır ki, alyansın geniş imkanları var. Appaturayın bəyanatları göstərir ki, NATO əlaqələri dərinləşdirməyə hazırdır. Bunun ardınca alyansın hansı cavab reaksiyası və hazırlığı gələcək, bunu artıq Brüssel görüşündən sonra görəcəyik”, – deyə o əlavə edib.

Təbii ki, Kremlin reaksiyası da özünü çox gözlətməyəcək. Obrazlı ifadə eləsək, deyir, sən saydığını say, gör Moskva nə sayır…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Əvvəlki yazı

“Elmara güllə atıblar, insanlar isə sevinir, hamısı ermənidir…” – İCRA BAŞÇISININ QARDAŞI DANIŞDI

Sonrakı yazı

Başçını niyə vurdular: Azərbaycanı dini motivlərlə çalxalamaq istəyirlər? – SOS!

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.