İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan açıqlama verib.
O, ölənlərdən yalnız 6 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini əlavə edib.
“Daha 17 nəfər itkin düşmüş şəxslər siyahısındadır”, – Ayk Kostanyan deyib.