02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?

14 Noyabr 2019, 01:09
Manşet, Banner
A A
İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?

Prezidentin yerli idarəetmə orqanlarında başlatdığı genişmiqyaslı “təmizləmə”lər, özünü yaxşı tərəfdən göstərə bilməyən, pis aparan əyalət başçıları ilə vidalaşmalar hətta tənqidçi media və iqtidarın opponentləri tərəfindən də pozitiv qiymətləndirilir.

Əyalətlərdə çirkaba bulaşmış, sosial zülmü riqqətə gətirmiş İcra Hakimiyyəti rəhbərlərinin reputasiyası kristal olan, intriqasız kadrlarla əvəzlənməsi regionların inkişafı, gərginliyin azalması baxımdan da əhəmiyyətlidir.
İllərlə rayonlarda inkişafı tormozlayan, özlərini “kiçik padşah” kimi aparan, abadlıq-quruculuğa ayrılan büdcə vəsaitlərini talan edən, yerli sahibkarların “dərisinə saman təpmək”lə bölgələrdə tikinti işləri həyata keçirən icra başçıları artıq səbr kasasını daşırmışdı – istərsə prezidentin, istərsə əhalinin…
Bu nöqteyi-nəzərdən son bir ildə onlarla icra başçısının işdən azad olunması, bəzilərinin yerlərinin dəyişdirilməsi regionlarda ciddi problemlərin dərinə işlədiyini təsdiqləyir.

Prezident tezliklə bu məmurlarla üzlüşməsəydi, vaxtilə baş vermiş Quba, İsmayıllı hadisələrinin haralardasa təkrarlanacağı istisna edilmirdi. İqtidar kluarlarından səhih məlumatlar gəlməkdədir ki, qarşıda kadr dəyişiklikləri daha da genişlənəcək.

Reportyor.info-ya sızan xəbərlərdə iddia olunur ki, Zərdab rayonunun davamı olaraq Göyçayı da müjdə gözləyir. Bu bölgənin icra başçısı sarıdan heç vaxt bəxti gətirməyib.

Keçmiş nazir Ziya Məmmədovun kurasiyasında olduğu dövrdə nə xalası oğlu Mənsur Məmmədov, nə yaxın adamı Mübariz Ağayev Göyçayı ağ günə çıxara bilmişdilər. Ondan sonra Mehdi Səlimzadə rayonun icra başçısı təyin olundu. Amma göyçaylıların qara günləri demə, qabaqdaymış…

Xəbərlərə görə, M.Səlimzadənin idarəçiliyi dövründə baş verən haqsızlıqlar, qohumlarının rayonda hegemonluğu, bazarların bağladılması, sahibkarların incidilməsi, Göyçayın viran qoyulması, heç bir abadlıq işləri həyata keçirilməməsi, küçələrin natəmiz, zibillik içində olması, sakinlərin şikayətlərinin qulaqardı edilməsi, yolların bərbad vəziyyətdə olması, başçının qəbuluna gələnlərin probleminə baxılmaması, göyçaylı oliqarx, öz doğma yurdunu sevdiyi üçün müəyyən abadlıq işləri görən Fərhad Əhmədova M.Səlimzadə tərəfindən “gün verilib, işıq verilməməsi” adıçəkilən rayonda narazılığı xirtdəyə qədər çatdırıb.

Göyçayın icra başçısından elə bir sakin tapılmaz ki, razılıq eləsin. Sahibkarından, milyonçusundan tutmuş aztəminatlı ailəsinə qədər M.Səlimzadədən şikayətlənirlər. Bu məsələlərin dosye şəklində prezidentə çatdırıldığı, məruzə edildiyi bildirilir.

Həmçinin, prezidentin “jurnalistlər köməkçilərimdir” bəyanatına əsaslanaraq, mətbuatda Göyçayın icra başçısının fəaliyyəti haqda ictimailəşən faktların dövlət rəhbərliyinə qovluq şəklində veriləcəyi deyilir. İddialar səslənir ki, cavan bir kadrın rayona təyinatı gözlənilir. Çünki aşağıdan yuxarıya qədər ondan giley var.

Məsələn, son xəbərlərə görə, noyabrın 9-u və 10-u günlərində Nar bayramı keçirilib. Satıcıların sözlərinə görə, məhsullarını satmaq üçün onlardan 150-200 manat məbləğində vəsait tələb olunub. Bu satıcılardan biri də Göyçay sakini Elnur Rəhimlidir.

Elnur Rəhimli gozetci.az-a bildirib ki, Göyçayınm başçısı Mehdi Səlimzadə tərəfindən onlardan qanunsuz olaraq pul tələb edilir. Təxminən 200 nəfərə yaxın ərzaq, oyuncaqlar və digər məhsulları satan satıcılardan isə 50 manat məbləğində ödənilməsi tələb olunub.

Elnur Rəhimli bildirir ki, onlardan bu pulun kim tərəfindən yığıldığını soruşanda ona bildiriblər ki, bu, Göyçay şəhər nümayəndəliyinin tapşırığıdır.

Ancaq narazı təkcə nar bayramının “qurban”ları deyil. Bazarlarda işləyənlər, sahibkarlar da narazıdırlar. Demək olar ki, prezidentin tapşırıqlarının heç biri Göyçayda yerinə yetirilməyib.

Hərçənd ki, ölkə başçısı icra başçılarına yaxşı işləməsələr vəzifədən çıxaracağını hər dəfə xatırladır və dediyini də edir. Amma görünür ki, dərs çıxarmayanlar var və hansısa arxayınlıq onları yolundan dönməyə imkan vermir.

Məsələ burasındadır ki, bəzi yaşlı kadrlar islahatlar dalğasını “aldatmaq” üçün qəribə və bəsit addımlar atmağa başlayıblar.

Belə ki, Göyçayın başçısı Mehdi Səlimzadə öz doğum tarixini İH saytından sildirib.
Xəbəri yayan saytlar yazır ki, nə İH saytında, nə də rəsmi vikipediya səhifəsində başçının doğum tarixi varhər iki platformadan silinib.

Mehdi Səlimzadə 1955-ci ildə doğulub, 64 yaşı var və manipulyasiya ilə nəyəsə nail olmaq istədiyi gülməli görünür. Çünki islahatlar axınına qarşı getmək öz karyerana qəbir qazmaq kimidir…

REPORTYOR.info

İlqar Mətin

Əvvəlki yazı

Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanıldı

Sonrakı yazı

Bakının bu yollarında xüsusi sıxlıq yaşanır

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.