09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İqtidar içindəki satqınlar cəzalandılar” – Deputat

19 May 2020, 13:40
Siyasət
A A
“İqtidar içindəki satqınlar cəzalandılar” – Deputat

“Vilayət Eyvazov və Əli Nağıyev DİN-ə və DTX-ya müvafiq olaraq nazir və rəis təyin olunanda demişdim ki, ölkədə sabitliyi pozmaq istəyənlər ciddi-ciddi düşünməlidirlər”.

Reportyor.info xəbər verir ki, bu sözləri son günlər payızda dövlət çevrilişinə cəhd ola biləcəyi barədə səsləndirilən fikirlərin nə dərəcədə əsaslı olub-olmadığına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, buna baxmayaraq 2019-cu ilin oktyabrında sabitliyi pozmağa cəhd olunub:

 

“Bundan öncə əsəbləri zəif, iddialı və mənsəbpərəst adamları Prezidentin ətrafından uzaqlaşdırmaq üçün onun səhhətində ciddi problemlərin olması barədə şayiələr dövriyyəyə buraxıldı. Prezidentin xarizmasını alt-üst etmək, onu mənən sarsıtmaq üçün namussuz insanlar söyüş kompaniyasına cəlb olundu. Bu zaman o da nəzərə alınmışdı ki, bir qisim insanlar rəsmi məlumatlardan daha çox dedi-qoduya inanırlar. Həm də inanırdılar ki, dövlət idarəetməsində mövcud olan problemlər insanların həyatını çətinlədirdiyi üçün geniş xalq kütlələri onlara dəstək olacaq. Amma onlar ictimai təhlükəsizliyə cavabdeh insanların dövlətə və prezidentə sadiqliyini və peşəkarlığını, xalqımızın çevrilişlərin ölkəmizə hansı fəlakətləri yaşatdığını unutmadığını, ən başlıcası isə Prezidentin və Birinci vitse-prezidentin cəsarətini, ekstremal hallar üçün psixoloji hazırlığını və idarəetmə məharətlərini, onlara olan beynəlxalq dəstəyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin elan olunmuş islahatlara inamını nəzərə almamışdılar. Onu da nəzərə almamışdılar ki, bir dəfə ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuş siyasi avantüristlərin çağırışı ilə insanlar heç vaxt küçələrə axışıb dövlət orqanları ilə qarşıdurmaya getməzlər.

Bütün qeyd etdiklərimə baxmayaraq, hakimiyyət ehtirası, müxtəlif sifarişlər və maraqlar onları sabitliyi pozub siyasi böhran yaratmaqla hakimiyyəti dəyişmək üçün razılaşdırılmamış aksiya keçirməkdən çəkindirmədi və onlar layiq olduqları dərsi, iqtidar daxilindəki satqınlar isə cəzalarını aldılar və almaqda davam edirlər. Ölkədə vətəndaşların həyatını çətinləşdirən problemlərin həlli istiqamətində isə ciddi addımlar atılmaqdadır. Artıq xalqımız tərəfindən müdafiə olunan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qərarlar qəbul olunur, həyatımızın bütün sahələrində islahatların dərinləşdirilməsi üçün işlər görülür. Belə bir vəziyyətdə yalnız sağlam düşüncədən məhrum olmuş insanlar hansısa çevrilişə cəhd etmək barədə düşünə bilər. Ona görə də qeyri-ciddi adamların qeri-ciddi bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır. Xoşbəxt gələcəyimiz yalnız bundadır”.

Əvvəlki yazı

“Qaraçılar məhəlləsi”ndə nə baş verib? – DİN açıqladı

Sonrakı yazı

Nazir müavini: ““İnsan alveri ilə mübarizədə görülməli işlər çoxdur”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.