14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İqtidar Əli Kərimli ilə gizli əməkdaşlıq edib” – Müsahibə

10 Avqust 2019, 10:45
Siyasət, Seçmə
A A
“İqtidar Əli Kərimli ilə gizli əməkdaşlıq edib” – Müsahibə

 

Bəzi postsovet ölkələrində prezidentlərin taleyi nə sirri-xudadırsa, zülmətə çevrilir. Elçibəyindən Saakaşvilisinə, Qamsaxurdiyasından Atambayevinə qədər… Niyə belədir? Nə üçün keçmiş sovet respublikalarında siyasi dəyişikliklər ağrılı keçir?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bu mövzuda müsahibəsində olduqca maraqlı məqamlara toxunub: “Bilirsiniz, bu proseslər keçid dövrünün xarakteri ilə bağlıdır. 300 illik imperiyadan azadlığa keçid mürəkkəb olur. Çünki bu aralıqda cəmiyyətin bir hissəsi keçmişin xiffətini çəkir, bir qisim bu günlə yaşayır, az qrup gələcəyi düşünür. Məsələn, Elçibəyi niyə yıxdılar? Çünki həmin dövrdə xalqın dünyagörüşü ilə Elçibəyin idarəetməsi ziddiyyət təşkil edirdi. Xruşşov, Brejnev kimi rəhbərlər görmüş xalqın ictimai şüuru Elçibəyi qəbul edə bilmirdi. Onlara görə gərək başçı asa, kəsə, xalqla görüşməyə…Ona görə xalqın gözləntiləri ilə iqtidarın idarəetməsi üst-üstə düşməmişdi.

O halda ya tədricən mərhələli siyasət yürütməlisən, ya da xalqın şüurunu dəyişməlisən. Qamsaxurdiya, Atambayev kimi liderlərin faciəsi ictimai şüurun hazırlıqlı olmaması ilə bağlıdır. Bir neçə il qabaq Azərbaycanda bəzi müxalifət liderləri “ərəb baharı”nın bizə sıçrayacağını bəyan edirdilər. Amerikalı bir diplomatla görüşəndə demişdi ki, diktaturadan demokratiyaya birbaşa keçid alınmır. Ona görə Fukuyama Amerika haqda yazırdı ki, bir dönəm sonra köhnələr yenilənməlidir. Çünki keçid hakimiyyətləri olmayanda kataklizmlər qaçılmazdır. Bakıda “Gənclik” metrosu tərəfdə “milyonçular məhəlləsi”nə gedin, milyonluq evlər tikilib, amma yol pis gündədir. Çünki yol ictimai istifadədir. Onun şüuru yoxdur ki, evindən çölü fikirləşsin. Avropada isə evin içi tör-töküntü ola bilər, amma küçələr abad, gül-çiçəkdir. Bax bayaq dediyimiz şüur məsələsidir, bizim mentalitetimizdir, Azərbaycanda ictimai maraq yoxdur. Etiraf etməliyik ki, xalqın durumu ilə iqtidar ovqatı eynidir. Elçibəy fərqliydi deyə devrildi.

– Yəni Elçibəyin iqtidardan gedişi həm də buna görə oldu?

–  Xalq Cəbhəsinin səhvi Vəzirovla koalisiya yaratmamaq oldu. Sən iqtidarının uzunömürlü olmasını istəyirdinsə, həm Mütəllibov, həm Vəzirov, həm də Heydər Əliyevlə koalisiya qurmalıydın. Mən bəzi liderlərə həmişə deyirdim ki, biz elə etməliyik fors-major vəziyyət yarananda iqtidarla bir araya gəlməyi bacaraq. Əgər müxalifət iqtidarla koalisiyaya hazır olacaqsa, ritorikanı dəyişməlidir. Mən hər zaman deyirəm ki, iqtidarı sıradan çıxarmaq, tam məhv etmək yox, onunla əməkdaşlıq etmək lazımdır. Zaman-zaman bu əməkdaşlıqlar da olub. İqtidar Əli Kərimli ilə gizli əməkdaşlıq edib. Mən indi əməkdaşlıq etmək təklifini səsləndirəndə, satqın çıxarırlar, hakimiyyətə işləməkdə ittiham edirlər. 2005-ci ilin parlament seçkiləri vaxtıydı. Hökumət müxalifətə 30 mandat verirdi. Ancaq bizim dostlar 75 mandat tələb edirdilər. Konkret olaraq, Əli Kərimli 30 mandatla razılaşmırdı.  O dövrdə biz Rino Harnişlə (ABŞ-ın o illərdə Bakıdakı səfiri – E.S.) görüşmüşdük. İqbal Ağazadə, Arif Hacılı və mən idim. Harniş dedi ki, niyə bu təklifi qəbul etmirsiniz, yaxşı təklifdir, gedin seçkiyə, 30 mandatı udun, sonra mübarizənizi davam etdirin. Sözümün canı budur ki, iqtidar həmişə təşəbbüskar olub, müxalifət bu əməkdaşlıqları pozub. Yəni siyasi reformasiyaya keçid olmalıdır. Konsensus olmayan cəmiyyətdə əməkdaşlıq mümkün deyil. Səni xain çıxarırlar. Qırğızıstanda Atambayev müxalifətdir, hakimiyyətə gələn onun adamı olub. Görün onların əlaqələri nə şəkildə pozulub ki, Atambayevi tutdurdu. Ümumiyyətlə, keçmiş SSRİ məkanında demokratikləşmə prosesi düzgün getmir, yerli demokratikləşmə barədə əsərlər yazılmır. Bu gün iqtidardan çox müxalifətdən, cəmiyyətdən qaynaqlanan problemlər var. Bunları yazmaq, demək lazımdır.

Lenin, Engels manifest hazırlamışdı. Orada kommunizmin üç tərkib hissəsini sosialist ədəbiyyatı adlandırmışdı.  Sosial ədəbiyyat olmadan sosial inqilab olmaz. Biz Şah İsmayıl Xətaidən, Nadir Şahdan, Şah Təhmasibdən dərs götürməliyik.  Onların idarə etməsi İsa Qəmbərə, Əli Kərimliyə, Sərdar Cəlaloğluna istinad nöqtəsi olmalıdır. Amma o istinadı ayağımızın altından çəkirlər.

– Sizcə, gürcülər də Saakaşvilinin qədrini bilmədilər?

– Eyni problemdir. Müstəqil olandan sonra şüur formaları dəyişmədi. Azərbaycanda deputatların, ziyalıların çıxışlarına baxın. Biz hardasa 14-16-cı əsrlərdə yaşayan azərbaycanlı ilə eyni düşünürük. Çünki şüurumuz tayfa şüurudur. Tayfa fiziki qohumluq anlamı daşımır, bir neçə adamın yığışması, öz maraqlarına uyğun idarə etməsindən gedir. Cəmiyyətdə tayfa şüurudur…

– Keçmiş sovet ölkələrində demokratikləşmənin düzgün getmədiyini vurğuladınız, sizcə, proses uzun çəkəcək?

– Misal üçün, Polşada 5 ildə dəyişməyə məcbur elədilər. Əvvəlcə vəziyyət acınacaqlı idi, insanlar çörək tapmırdı. Lakin fundamental dəyişikliklər oldu, Polşa inkişaf elədi, Avropa dövlətinə çevrildi, iş yerləri açıldı. Azərbaycanda isə keçid dövrü uzandı. İlk növbədə dövlət məqsədyönlü siyasət aparmalıdır.

Amma gecə-gündüz meyxana gedir. Bir dəfə Qacardan, Xətaidən müzakirə açmırlar. Danışanda da onların əleyhinə danışırlar. Türklər bütün sultanlar haqda flmlər çəkib. Biz bir Fətəli xan, bir Cavad xan filmləri çəkmişik. Sonuncu da qadağan olunub. Sovet vaxtı Xətai haqda çox zəif bir film ekranlaşdırılıb. Nə Səttarxan, nə Nadir Şah haqda filmlər çəkirik. Xalq öz tarixindən xəbərsizdir. Xətainin dövlət idarəçiliyi, rüşvətlə bağlı mövqeyi haqda danışmaq əvəzinə deyirlər ki, niyə şiə namazı qılırdı. Əşi, lap Allahsız idi. Biz dini tarixi yox, dövlət tariximizi araşdırırıq.

Əvvəlki yazı

Xoşqədəm Hidayətqızı sələmə pul verirmiş: iş məhkəməyə qədər getdi

Sonrakı yazı

“Rənglənib, maskalanıb çıxırlar efirə” – Akif İslamzadə

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.