04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqbal Ağazadədən ürəkparçalayan sözlər: “50 ilin hesabatını necə verim ki?”

17 Sentyabr 2018, 11:38
Cəmiyyət
A A
İqbal Ağazadədən ürəkparçalayan sözlər: “50 ilin hesabatını necə verim ki?”

“Bu günlərdə məndən tez-tez 50 yaşın hesabatını sorurlar…50 yaşıma necə gəlib çatdım, heç özüm də bilmirəm”.
Anaxeber.info yazır ki, bu sətirləri Ümid Partiyasının lideri, ölkənin ən fəal millət vəkillərindən olmuş, mübariz siyasətçi İqbal Ağazadə yazıb.
İ.Ağazadə həyat yoluna dönüb baxaraq yaşadıqlarının leytmotivini bölüşüb: “Bu gün əlim çatmayan, ünüm yetməyən Qarabağda doğuldum, oktyabryat, pioner, komsomol kimi böyüdüm, millətçi kimi mübarizəyə qoşuldum, liberal kimi mücadiləm davam edir.
Bu əlli ildə yaşadığım ən böyük uğur Azərbaycanın müstəqilliyidir. Gerisi hekayədir…”
Ümid sədri ağrılarını, ölkədə apardığı mübarizəyə rəğmən yaşadıqları əzabları dilə gətirib: “Oxudum, təhsil aldım, əlimə silah alıb cəbhədə döyüşdüm, auditoriyada tələbələrə dərs dedim, partiya qurdum, millət vəkili kimi seçici, vətəndaş haqlarını qorudum…
Amma… Vətəndaş ola bilmədim bu ölkə üçün… Onun torpaqlarını qoruya bilmədim. Qarabağı, Şuşanı əldən verdim. Onminlərlə qardaşım, bacım, qohum-əqrəbam ev-eşiyindən qovuldu – seyrçi qaldım, onları müdafiə edə bilmədim.
Ac-yalavac, ümidsiz çöllərə düşən həmvətənimin qarnını doyura, ona ümid verə bilmədim. Bədəninin bir hissəsini doğma yurd-yuvasında qoyub gələn qazi qardaşıma sahib çıxa bilmədim.
Günü-güzəranı əzabla dolu olan, baxışlarında ümid, gözlərində sevinc işartısı olmayan, haqqı pozulan vətəndaşımı zillətdən qurtara bilmədim.
Nəyin hesabatını verim?
Necə verim, nə deyim?
Ailəm, övladlarım, doğmalarım üçün faydalı olmağa çalışdım bu 50 ildə… Amma….. Atamı öz qardaş – bacılarının yanında dəfn edə bilmədim.
Anamın illərdir yolçəkən gözlərini o yollardan yığa bilmədim. Oğlumu, qızımı doğulduğum, dünyaya gəldiyim kəndə, el-obaya apara bilmədim.
Mən bunun hesabatını necə verim? Bəraəti nədir ki?
Qarabağda – Vətən torpağında yağılar at oynadır, göz bəbəyimiz Şüşadan hər gün bir çəkiliş edərək, gözümə dağ çəkir.
İki kilometr məsafəni adlayıb uçuq evimin divarlarına üz söykəyib ağlamağa belə cəsarətim yoxsa, danışmağa, hesabat verməyə üzüm necə olsun?
Adam kimi yaşamaq bilirsinizmi nədir? Azad olmaq, azad düşünmək, azad hərəkət etmək…
Mən vətənimdə bu başdan o başa qədər gedə bilmirəmsə, hansı hesabatı verə bilərəm?
Alxanlıdan Qaraxanbəyliyə, Murovdan Kəlbəcərə, Quzanlıdan Yusifcanlıya, Cocuq Mərcanlıdan Böyük Mərcanlıya gedə bilməyəndən adam da olmaz. Adam olmayanın da hesabatımı olur?
Mən nə vətəndaş, nə oğul, nə adam ola bildim bu 50 ildə… 50 ilin hesabatını necə verim ki?
Hesabat vermirəm…
Söz verirəm!
Bundan sonra nə qədər canımda can var, vətəndaş, oğul, ADAM olacağam –
Azərbaycan üçün! Söz!…”
Anaxeber.info

Əvvəlki yazı

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Sonrakı yazı

Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.