Qax və Şəkidə yerləşən “İnvitro Klinikası” barəsində protokol tərtib edilib.
HİT.az-ın məlumatına görə, şirkətdə aparılan yoxlamalar zamanı lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma halı aşakar edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
İşə Şəki Rayon Məhkəməsi Elşən Vəliyevin sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, 210.1 maddəyə görə “İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ramin Əsgərov Qəhraman oğlu olan hüquqi şəxs iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək




















