04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İNTİHAR EDƏN POLKOVNİKİN BÜTÜN ƏMLAKI MÜSADİRƏ OLUNUR – Siyahı

01 Mart 2018, 11:34
Manşet
A A
İNTİHAR EDƏN POLKOVNİKİN BÜTÜN ƏMLAKI MÜSADİRƏ OLUNUR – Siyahı

Ailə üzvü: “Vəzifəli şəxs idi, ona topraq sahələri bağışlayanlar olmuşdu”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlaklarının geri qaytarılması üçün məhkəməyə müraciət ediblər. “Report” bildirir ki, bu barədə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin hökmü ilə bağlı verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində elan olunub.

Məlum olub ki, İ.Əliyevin ailə üzvləri E.Quliyev və A.Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar. Belə ki, məhkəmə hökm çıxaran zaman işdə olan İ.Əliyevə və ailə üzvlərinə məxsus üzərində həbs qoyulmuş əmlakın müsadirə edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, İ.Əliyev və onun ailə üzvlərinə məxsus əmlak cinayət yolu ilə əldə edilib. Həmin qərardan narazı qalan İ.Əliyevin ailə üzvləri apelyasiya şikayəti veriblər. Şikayət araşdırılması üçün hakim Sahibxan Mirzəyevin icraatına verilib. İ.Əliyevin ailə üzvlərinin şikayəti E.Quliyev və A.Mehdiyevin işi ilə birləşdirilib, eyni icraatda araşdırılacaq. Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin oktyabrında həbs olunub. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasındakı kamerasında asılmış meyiti aşkar olunub. Bundan sonra İ.Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib. İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. İlqar Əliyevin ailə üzvlərindən biri adının açıqlanmaması şərti ilə “Yeni Müsavat”a deyib ki, siyahıda yer alan əmlaklardan ikisi ona məşhur əməliyyata görə ölkə rəhbərliyi tərəfindən hədiyyə edilib: “Həmin əmlaklar sırasında İlqara ”Qara kəmər” əməliyyatında iştirakına görə verilən torpaq sahəsi də var. Həmin torpaq sahəsi Ceyranbatan qəsəbəsində yerləşir. Həmin torpaq sahəsi ilə yanaşı Mərdəkanda bağ və medal da vermişdilər. Vəzifəli şəxs idi, ona topraq sahələri bağışlayanlar olmuşdu. Bu gün yalan çox yazılır. İlqar Əliyevin Badamdarda bir evi var, həmin evdə də ailəsi, uşaqları yaşayır”.

Ailə üzvü deyir ki, İlqar Əliyevin həyat yoldaşı işləyir və övladlarını dolandırır: “Şükür Allaha, yoldaşı da işləyir, dolanırlar. Uşaqlar oxuyur, dövlətə, millətə layiqli övladlar olacaqlar. Bizim ailə ziyalı ailə olub. Biz milyonçu deyilik. İlqarı bu gün cəmiyyətə başqa cür təqdim edirlər. Xalqa nə məlumat verirlər, ona da inanır”.

Eyni zamanda məlum olub ki, İlqar Əliyevin bacısı oğlu da məhkəməyə iddia verərək əmək kitabçasında yer alan qeydlərin ləğvini tələb edir. İlqar Əliyevin bacısı oğlu Milli Təhülkəsizlik Nazirliyi ləğv olunana qədər orada Əks Kəşfiyyat İdarəsində çalışıb. 2015-ci ilin oktyabrında MTN-dəki məlum həbslərdən sonra İlqar Əliyevin bacısı oğlu işdən kənarlaşdırılıb, əmək kitabçasında işdən kənarlaşdırılmasının səbəbi kimi xidməti uyğunsuzluğu göstərilib. Lakin Əliyevin bacısı oğlu bu qeydlə razı deyil və artıq 3 ildir ki, məhkəmələrdə bu qeydin ləğvini tələb etməkdədir.

İ.Əliyevin ailə üzvü bildirib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və digər iş yoldaşları onun ailəsinə hər hansı bir köməklik etmirlər. Tam olaraq əlaqəni kəsiblər.

Əvvəlki yazı

“SEÇKİDƏN SONRA TƏHSİL NAZİRLİYİ LƏĞV OLUNACAQ!” – “Yeni nazir buna görə təyin olunmur”

Sonrakı yazı

Prezidentdən qadınlara 8 MART HƏDİYYƏSİ

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.