15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İnqilaba bərabər ölüm: Fuad Poladov saraya, şəxsiyyət məddahlığa qarşı…

07 May 2018, 09:19
Cəmiyyət, Seçmə
A A
İnqilaba bərabər ölüm: Fuad Poladov saraya, şəxsiyyət məddahlığa qarşı…

Şoloxovun məşhur sözüdür: “Sovet vaxtı şəxsiyyətə pərəstiş varıydı, amma şəxsiyyət də var idi…”
Anaxeber.Az yazır ki, mayın 5-də Azərbaycanın ləyaqətli oğlu Fuad Poladovun ölümü ilə Şoloxovun kəlamı neoaktuallaşdı. Bəli, Azərbayanda da şəxsiyyətə pərəstiş var, amma şəxsiyyət də var – Fuad Poladov kimi.
F.Poladov polad kimi əyilməz, məğrur, mətanətli insan idi. Onun həyatda oynadığı ən böyük obraz elə özü idi – Fuad xarakteri, Fuad pasportu.
Azərbaycanın sonuncu mogikanlarından idi Fuad…Səyavuş Aslan, Muxtar Manıyev, Vaqif Səmədoğlu kimi. Ondan sonra Fəxrəddin Manafov qalır.
Fuad bizə bir daha dərs verdi ki, şəxsiyyətlə istedad necə çulğalaşır. Və ömrü son nəfəsə qədər necə dik qamətlə yaşamaq olar. Çətindir, amma mümkündür. Xarakter olmaq lazımdır.
“Neynim, balalarım var”, “əşi düzələn deyil, bu gün elədiyimi sabah xalq unudacaq, ictimai rəy yoxdur” düşünənlər yanılırlar, xalq bir saniyənin içində səni dəftərdən elə silir ki…
O, lazım bildiyi anda müxalifətin mitinqlərinə də qatılıb, sözünü deyib. Ona görə yox ki, müxalifəti bəyənirdi və iqtidarı sevmirdi.
O, bir aydın kimi sadəcə dövlətin və millətin gələcəyi naminə doğru bildiyi yolu göstərməyə, öz xəbərdarlıqlarını etməyə çalışırdı. Bütün canlılar fanidir, bir gün hər kəs öləcək.
Amma insan üçün ən vacibi iz qoyub getmək, bu dünyadan ayrıldıqdan sonra da daim sevgi və sayğı ilə xatırlanmaqdır. Fuad bəy bunu bacaran kişilərdəndir. Nə mutlu ona…
Fuad Poladova olan sevgi bu xalqın nümunəyə olan yanğısının, şəxsiyyət defisitinin gətirdiyi susuzluğun göstəricisidir.
Mayın 5-də Azərbaycanı xalqını Fuad Poladov nümunəsi birləşdirdi – düşüncə və virtualda.
Azərbaycanlılar uzun müddət aradan ilk dəfə idi ki, həmrəylik nümayiş etdirirdi – ləyaqətli, istedadı ilə şəxsiyyəti çulğalaşdıran bir aktyora görə.
O, istisna aktyorlardan idi ki, səhnədə və həyatda artistlik eləmirdi, öz xarakterini, rolunu oynayırdı. Və Fuad bəyə görə olan birlik həm də ləyaqət simvolunun ətrafında birləşmək idi.
Xalq bununla hökumətə, onun məmurlarına, məddahlarına, mükafat və ordenlər üçün sıraya düzülən yaltaqlarına, 2 otaqlı ev üçün  simasızı itirənlərə, urvatsız ölüb gedən və torpağa tapşırılmamış ünvanına nələr yazılmayanlara mesaj verdi. Fuadın ölümünə olan reaksiyalar bir izdihamlı mitinqə bərabər idi.
F.Poladov müxalifətin mitinqində olub, zaman-zaman vətəndaş mövqeyi göstərib, haqqı nahaqqa verməyib, günahsız işdən çıxarılan aktyora görə etiraz edərək “AzDrama”nı tərk edib. Bunu edəcək neçə nəfər var? – barmaqla göstərsinlər…
Hətta 500-600 manat maaşa görə işini itirmək qorxusu ilə yaşayanlar, aralarında istərsə jurnalist, istərsə bankir olsun, ədalətsizliyə qarşı susanda F.Poladov xarakter və mərdlik nümayiş etdirmişdi.
Anaxeber.Az yazır ki, buna görə də hökumətin, onun bir qolu olan Mədəniyyət və Turizm Nazirliyinin Poladovun ölümünə səssiz qalması anlaşılandır.
Hətta bunu düşmən düşmənə belə eləməzdi ki, nazir Əbülfəs Qarayev elədi: Allahın rəhmətini də dilə gətirmədi.
Sən doğurdanmı görkəmli Qara Qarayevin nəslindənsən, cənab nazir? Bu nə laqeydlik, bu nə hörmətsizlik?!
F.Poladovun sağlığında heç zaman nazirliyə və onun rəhbərinə ehtiyacı olmayıb. Elə son müsahibəsində də belə demişdi:
“Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan”.
Ə.Qarayev bu sözün hikkəsini elədi, bu müsahibədəki acı həqiqətin qarşısında duruş gətirə bilmədiyi üçün cılız addım ataraq başsağlığı vermədi, dəfnə getmədi. Belə mədəniyyət naziri olmaz olsun.
“AzDrama”nın rəhbəri Azər Paşa Nemətovun “Ölüb, Allah rəhmət eləsin, xəstəyəm” deyib, sonra bu sözünə xalq etirazını görəndə sağalıb vida mərasiminə getməsi ilə Əbülfəs Qarayevin susqunluğu, biganəliyi arasında heç bir fərq yoxdur.
Çünki Azərbaycanda Mədəniyyət Nazirliyi çoxdan ölüb. Və yalnız mükafat üçün yaltaqlananlar, mədhiyyələr deyənlərə bu nazirlik xidmət göstərir – Azərbayan mədəniyyətinin nəhəngi Fuad Poladova yox.
Və təəccüblü deyil, yazıçı Sabir Əhmədli də vətəndaş mövqeyinə görə diqqətdən kənarda qaldı, Səyavuş Aslan heç vaxt yaltaqlanmadığı üçün eyni taleni yaşadı, yalnız ölümündən hökumət ayıbına qısılıb təltif etdi.
Fuad Poladovun cənazəsini evindən götürdülər. Rəsmi tədbir olmadı. Niyə? Çünki o, Əliyevlər hakimiyyətinə yaltaqlıq etmədi. Başını dik tutdu, şərəflə yaşadı.
Azərbaycan elə bir gündədir ki, onun hökuməti də, parlamenti də, məmuru da namuslu, vicdanlı adamlara nifrət edir.
Böyük insan, əsas odur ki, səni Allah sevsin. Ruhunu pula satanların özü nədir ki, sevgisi də nə ola…Nur içində yat. Bil ki, bu millətin namuslu adamları səni həmişə ehtiramla yad edəcək.
Onun ölümü də xalqa xidmət oldu. Bu şərəfli ölümə hökumətin münasibəti ilə iqtidarın iç üzünü bir daha açdı.
Və saray adamı olmamağın, xalqın adamının olmağın nəticəsini növbəti dəfə sübuta yetirdi.
F.Poladovun ləyaqətlə yaşadığı kimi, ölümü də şərəfli oldu. Elə Ə.Qarayev və digərləri də hamı kimi bir gün bu dünyadan gedəcəklər, necə yaşayıblarsa, elə…
Anaxeber.Az
Turan

Əvvəlki yazı

“Real”-“Barselona” qarşılaşmasında qalib müəyyənləşmədi

Sonrakı yazı

Azərbaycanda böyük kriptovalyuta ferması olan məmurun kimliyi bilindi

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.