Siqareti dayandırmaq şərti ilə hamilə qadınlara da 400 funt sterlinq veriləcək.
Plan bu gün ictimaiyyətə açıqlanacaq.
Digər tərəfdən, paketlərdə siqareti buraxmaq üçün tövsiyələrin daxil edilməsi üçün siqaret istehsalçıları ilə danışıqlar aparılacaq.
Hökumət 2030-cu ilə qədər İngiltərədə siqaret çəkən əhalinin sayını 5 faizə endirməyi hədəfləyir.
Sözügedən planda yetkinlik yaşına çatmayanlara qeyri-qanuni elektron siqaret satışının qarşısının alınması da hədəflər sırasındadır.
Hökumət, İngiltərədə siqaret çəkən hər beş nəfərdən birinin psixoloji dəstəklə birlikdə siqareti buraxma dəsti alacağını açıqladı.
Səhiyyə naziri Neil O’Brienin çərşənbə axşamı etdiyi çıxışda pulsuz vapinq siyasətinin dünyada ilk belə olacağını söyləməsi gözlənilir.
class=”medianet-inline-adv”>
O’Brien dedi: “Ömür boyu siqaret çəkən hər üç nəfərdən ikisi siqaretdən öləcək. Bazarda düzgün istifadə edildikdə sizi öldürəcək yeganə məhsul siqaretdir” dedi.
Böyük Britaniyada qadınların 9 faizinin hamiləlik dövründə hələ də siqaret çəkdiyi təxmin edilir. Hökumət maliyyə və psixoloji dəstəklə atılan bəzi addımların keçmişdə öz nəticəsini verdiyini bildirir.
Rəsmilər planın təxminən 45 milyon funt sterlinqə başa gələcəyini təxmin edirlər. Bu məbləğ Səhiyyə Nazirliyinin büdcəsindən maliyyələşəcək, lakin yerli hakimiyyət orqanları tərəfindən idarə olunacaq.
Siqaret istehlakı ilə mübarizə aparan Action on Smoking and Health (AHS) adlı təşkilatın lideri Deborah Arnott atılacaq addımlardan məmnun olduqlarını bildirib.
Bununla belə, o, xəbərdarlıq edib ki, bu addımlar Böyük Britaniyanı 2030-cu ilə qədər “tüstüdən azad etmək” üçün “kafi deyil”.