ilə çıxış edən icra hakimiyyətinin başçısı Elçin Rzayev qonaqları salamlayaraq, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışıb. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulayıb. Tədbir mədəniyyət işçilərinin ifalarında ümummilli liderin həyatına həsr olunmuş ədəbi-bədii səhnələr nümayiş olunmaqla davam etdirilib, sonra musiqili konsert proqramı təqdim olunub.