Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) prezidenti Prof. Dr. Hasan Mandal Türkiyənin kosmosa atılan ilk yerli və milli müşahidə peyki olan IMECE-nin ən əhəmiyyətli hissəsi olan elektro-optik kameranı ixrac edəcəklərini söylədi. Mandal, “Optik kameramız dost və müttəfiq ölkələrdən biri tərəfindən tələb olundu. Hazırda onlar üçün 2 kamera istehsal edirik” dedi.