Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi Tacikistana səfərə dəvət edib.
Reportyor.info xəbər verir ki, o, bu təklifi Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı edib.
“Mən konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm”, – Emoməli Rəhmon bildirib.
Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı deyib ki, bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
“Bu gün geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.
Bu fikirləri Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla birgə mətbuata bəyanatı zamanı deyib.
“Bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, – hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, – əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir”, – dövlət başçısı əlavə edib.