12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlqar İsmayılov Zərifə Həmzəyeva ittiham edir: “Saxta sənədlərdən istifadə olunub”

19 Oktyabr 2021, 18:01
Manşet
A A
İlqar İsmayılov Zərifə Həmzəyeva ittiham edir: “Saxta sənədlərdən istifadə olunub”

“İdeal”ın keçmiş sahibi həbsinin səbəblərindən danışdı

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovla bağlı məhkəmə istintaqı bitmək üzrədir. 

Reportyor.info xəbər verir ki, artıq şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə bu cinayət işindəki sənədlər elan edilib. Amma sənədlərin tədqiqi mərhələsindən öncə “İdeal Company”nin mühasibi işləmiş Samirə Quliyeva dindirilib.

Şirkətin keçmiş mühasibi ikinci dəfədir ki, məhkəmədə dindirilir. İstintaqda ifadə vermiş Samirə Quliyevanı ittiham tərəfi məhkəməyə çağırılacaq şahidlər siyahısında da göstərmişdi. Məhkəmədə dindirilən keçmiş mühasib İlqar İsmayılovun şirkətə mədaxil etdiyi vəsaitlər, həmçinin kassadan götürülən pullar, onların hara xərclənməsi barədə danışmışdı.

İş adamının özü və vəkilləri Samirə Quliyevanın əlavə şahid qismində təkrar dindirilməsi haqda vəsatət qaldırmış, hakimlər də buna müsbət cavab vermişdi. Çünki İlqar İsmayılov şirkətin səhmlərinin bir hissəsini AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya satandan sonra – 2011-2017-ci illərdə “İdeal Company”nin 680 min manata yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. İttiham aktında İlqar İsmayılovun müxtəlif vaxtlarda “YapıKrediBank” və “SilkWay Bank”dan şəxsi məqsədləri üçün götürdüyü 1 milyondan artıq kreditləri sonradan şirkətin hesabına – “İdeal Company”dən çıxarılan vəsaitlərlə ödənildiyi iddia olunur.

İş adamı isə bildirir ki, Zərifə Həmzəyeva ilə şərik olandan sonra AZAL prezidentinin xanımı özünə məxsus o vaxtkı “SilkWay”, indiki “Premium Bank”dan kredit ayırıb, şirkətin inkişafına sərf etməyi təklif etmişdi.

Onlar bu barədə razılığa gələndən sonra bankda İlqar İsmayılovun adına kredit ayrılmış, lakin həmin vəsaitin hamısı şirkətin kassasına köçürülmüşdü. İş adamının sözlərinə görə, buna görə də qrafik üzrə kreditlərin ödəniş vaxtında kassadan vəsait ayrılır və ödənilirdi.

Mühasib Samirə Quliyeva da İlqar İsmayılovun adına götürülən kreditlərin “İdeal Company”nin kassasına köçürüldüyünü və şirkətə sərf olunduğunu təsdiqləyib. O, 1 milyon 13 min manat və 1 milyon 497 min manat məbləğində kredit vəsaitlərinin bütünlüklə şirkətin xəzinəsinə mədaxil edilməsi barədə müdafiə tərəfinin təqdim etdiyi qəbz və aktdakı imzaların ona məxsus olduğunu bildirib.

Samirə Quliyeva vurğulayıb ki, bununla bağlı şirkətin digər vəzifəli şəxslərinə elektron poçt vasitəsilə hesabat göndərirdi. Məhkəmədə e-mail yazışmaları da təqdim olunub və şahid həmin yazışmalarının ona məxsus olduğunu da təsdiqləyib.

Mühasib əlavə edib ki, götürülmüş kreditlərin ödəniş cədvəli də şirkətdə olub və onun əsasında aylıq ödəmələr həyata keçirilirib.

Dindirmə zamanı iş adamı bildirib ki, onun şirkətin kassasından pul çıxarmasıyla bağlı iş materiallarında 15 sənəd var. Amma bu sənədlərin cəmi 3-də onun imzası var: “Bu sənədlərdən yalnız birində əlavə olunmuş alt-sənədlər, yəni götürülən məbləğin hara ödənildiyini sübut edən sənədlər var. Digərləri isə yalnız məxaric sənədinin surətlərindən ibarətdir. Mənim imzam olmayan sənədlərin isə həqiqiliyi şübhə doğurur”.

İlqar İsmayılov iddia edir ki, onu həbs etdirmək üçün saxta sənədlərdən istifadə olunub.

Müdafiə tərəfi işdə yer alan məxaric sənədlərin tədqiq edilməsi, hansında İlqar İsmayılovun imzasının olub-olmaması və alt sənədlərin mövcudluğuyla bağlı araşdırma aparılmasını istəyib. Hakimlər bu vəsatəti təmin edib.

Oktyabrın 25-də keçiriləcək növbəti məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsinin də yekunlaşacağı, ardınca prokurorun çıxış edəcəyi gözlənilir.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb.

Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

“Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.

Əvvəlki yazı

Yoluxma kəskin artdı – 15 nəfər öldü

Sonrakı yazı

Qarabağa ayaq basan hər kəs üçün Azərbaycandan icazə alınmalıdır

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.