• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar ertəsi, 1 Mart 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

İLHAM İSMAYIL:”Qarabağ camaatına şikəst yox, Bütöv Qarabağ lazımdır” – MÜSAHİBƏ

2019-01-21
in Cəmiyyət
0
İLHAM İSMAYIL:”Qarabağ camaatına şikəst yox, Bütöv Qarabağ lazımdır” – MÜSAHİBƏ
0
Paylaşılıb
29
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Strateq.az-a müsahibəsində Qarabağ problemi ətrafında yaranmış yeni şəraiti dəyərləndirib. O, Xarici işlər nazirlərinin bu ilin yanvarın 16-dakı görüşündən sonra verdikləri bəyanatları şərh edib, porsseslərin gedişindən gözləntilər, regionda yaranmış geosiyasi vəziyyətin Qarabağ danışıqlarına təsiri mövzusunda suallarımızı cavablandırıb.

Bənzər Yazılar

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi – Foto

Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir

 Strateq.az İlham İsmayılla müsahibəni oxucularına təqdim edir:

 

 – İlham bəy, Qarabağ ətrafında gedən son prosesləri necə dəyərləndirirsiniz? Xarici işlər nazirləri görüşdü, prosesdə irəliləyişin olduğuna dair nikbin bəyanatlar verildi. Sizcə, nə baş verir?

– Qarabağ ətrafında son proseslər, əvvəlki illərdə olduğu kimi, bizim xeyrimizə baş vermir. Ümumiyyətlə, aprel döyüşlərindən sonra diplomatik üstünlük düşmən tərəfdədir və Vyana, Sankt-Peterburq görüşlərində ATƏT-in Minsk Qrupu sanki bizi cəzalandırmaqla məşğul olub. Hələ Serj Sarkisyanın dövründə erməni tərəfi Rusiyaya ciddi etirazlar etdi və hərbi arsenalını ”İsgəndər” raket kompleksləri ilə zənginləşdirdi. Son doqquz ayda isə “məxməri inqilab”ın təsiri ilə Ermənistanın imicinin beynəlxalq aləmdə yüksəlməsinin şahidiyik. Nəticəsi də budur ki, cəbhə xəttində tam sakitçilikdir. Sakitçilk isə yalnız düşmənin mənafeyinə xidmət edir.

Qarşı tərəf o qədər arxayındır ki, hətta indiyədək Ağdamda bir dam tikməyə belə ürək etməsələr də, payızda Şelli kəndində məktəb açılışı etdilər. Deməli, yaşayış var ki, məktəb də var. Başqa işğal yerlərində isə fundamental tikintilərlə, qurub-yaratmaqla məşğuldurlar. Görün, nə qədər arxayındırlar. Bu arxayınlığın bir nömrəli günahkarı özümüzük. Nazirlərin görüşündən sonra 25 ildir nə eşitmişdik, onu da eşitdik: “Prosesdə irəliləyiş var”. Paşinyanın hakimiyyəti tam legitimlik əldə etdi, indi diplomatik danışıqlar daha kəskin tonda aparılmalıdır.

O ki qaldı nikbinliyə, ona bir əsas görmürəm.

– Bizim XİN “xalqları sülhə hazırlamaq lazımdır” dedi. Bundan əvvəl də Ermənistandan belə bəyanat səslənmişdi. Hər iki bəyanatdan prosesin gedişatı ilə bağlı hansısa nəticələr çıxarmaq mümkündürmü?

– Bu, yalnız bizim XİN-in deyil, ümumi verilən bəyanatdır və Minsk Qrupu da bu “hazırlığı” öz bəyanatında xüsusi vurğuladı. Bu sülh hazırlığı ilk dəfə səsləndirilmir. “Madrid prinsipləri”ndə də var və təhlükəli bənd odur ki, sonunda nəticəsi məlum olan Dağlıq Qarabağın müstəqilliyi haqqında referendum keçirilir və Azərbaycan da onu tanıyır.

İndi yeni “sülhə hazırlıq” deyəndə, nə nəzərdə tutulur? Sülhün şərtlərinin detallarına qədər xalqın bilməsi onun təbii haqqıdır və son söz də xalqındır.

Budəfəki sülh hazırlığına reaksiyanın həyəcanlı olmasının səbəbləri var. Hələ 1999-cu ilin payızında Dağlıq Qarabağın güzəşt edilməsi Təhlükəsizlik Şurasında müzakirə olunub və üzvlər arasında “Məsləhətdirsə, güzəştə gedək” fikrini səsləndirən də olub. Bilirsiz ki, elə müzakirədən həmən sonra və bir ay ərzində hakimiyyətdə üç istefa baş verdi: Vəfa Quluzadə, Tofiq Zülfüqarov və Eldar Namazov hakimiyyətdən getdi.

2000-ci ildə isə Ki-Uestdə Dağlıq Qarabağa müstəqillik verilməsinin nəzərdə tutulduğu sülh sazişinin imzalanmasının bir addımlığında olmamızı Koçaryanın “Həyat və azadlıq” kitabından öyrəndik. Yəni hakimiyyətdə Qarabağın müstəqilliyinə razılıq verilməsi meyllərinin yaxın keçmişdə olması və indi də “xalqları sülhə hazırlamaq” ideyasının səsləndirilməsi, ilk növbədə, bizi gərginliyə salır, nəinki ermənini. Erməniyə Dağlıq Qarabağ lazımdır, onu da alır. Ətraf rayonlardan da Kəlbəcər və Laçına iddiaları açıqdır. İtirəcəkləri beş rayonun qaytarılmasına erməni xalqı daxilən çoxdan hazırdır, üzə vurmadıqlarına baxmayın. Yəni onların itirdikləri bir şey yoxdur. İtirən biz oluruq, ona görə də bu bəyanat daha çox bizim xalqa ünvanlanıb, “xalqlara” yox.

– Ümumiyyətlə, münaqişənin həlli istiqamətində müsbət dinamika yarana bilərmi? Münaqişə tərəflərinin, vasitəçilərin mövqeyində yenilənmə və ya əvvəlki mövqeləri dəyişməyə təsir edən hər hansı faktorlar varmı?

– Münaqişənin həllində müsbət dinamika o zaman ola bilər ki, bizim hərbi uğurlarımız olsun. O da yoxdur. Biz məğlub tərəfik. Məğlub diktə edə bilməz. Diktəni qalib düşmən edir. Bizim indiki etirazlarımız döyülən uşağın qaçıb söyüş söyməsinə bənzəyir. Ən azı bir neçə yaşayış məntəqəsi azad edilməsə, biz danışıqlarda yazıq görkəmdə olacağıq.

Aprel döyüşlərindəki bir neçə hektarın ələ keçirilməsi bu problemin həllinə heç nə vermir və dəryada damla səviyyəsində də deyil. Bizə bir neçə hektar torpaq sahəsi yox, yaşayış məntəqələrini azad etmək lazımdır. Bizə düşməni daim atəş altında saxlamaq lazımdır ki, düşmən bu torpaqlarda rahat yaşaya bilməyəcəyinin fərqində olsun. Kim mane olacaq? Rusiya, Minsk Qrupu? O zaman da onların qarşısında tələbi sərt qoymaq lazımdır. Bizim itirəcək daha nəyimiz qalıb ki?

– Rusiyanın hazırkı mövqeyini necə xarakterizə edərdiniz?

– Rusiyanın hazırkı mövqeyi 100 il bundan əvvəlki mövqeyindən fərqlənmir. Rusiya status-kvonun qalmasında maraqlıdır ki, hər iki tərəfə təzyiq etsin. Amma vəziyyətin bu cür davam etməyəcəyini də bilir. Ona görə çalışır ki, hansısa addım atanda yenə hər iki tərəfə təsiri qalsın. Bunun üçün ən yaxşı halda “sülhməramlı” adı altında öz qoşunlarını Aran Qarabağla Dağ Qarabağ arsında yerləşdirmək, Qarabağın statusunu da uzun müddətə açıq saxlamaq istəyir. Buna da erməni tərəfin razılığı yoxdur. Rusiya qorxur ki, Ermənistanın indiki hakimiyyəti bu cür həlldən sonra Rusiyadan tamam üz döndərib, birmənalı Qərb tərəfə keçər. Rusiyanın özündə vəziyyət kifayət dərəcədə gərgindir və iqtisadi cəhətdən ağır durumdadır. Ona görə indiki şəraitdə Qarabağ məsələsinin aktivləşməsində maraqlı deyil. Belə situasiyadan yararlanmaq lazımdır, həm diplomatiyada, həm də hərbi müstəvidə.

– Ermənistanda Qarabağla bağlı ümumi ab-hava necədir? Paşinyan hökumətinin ciddi addımlar atması üçün real imkanları varmı?

– Qarabağ Paşinyan hakimiyyəti üçün həssas mövzudur. Ona görə ki, yıxılan “Qarabağ klanı” yeni hakimiyyəti Qarabağı güzəşt etməkdə şantaj edir. Paşinyan da bunu bildiyindən, Qarabağa daha çox diqqət yetirir və əvvəlkilərdən də tez-tez Qarabağa baş çəkir.

Paşinyan hələ yerini möhkəmlətməklə məşğuldur, biz də onun möhkəmlənməsinə cəbhədəki susqunluğumuzla şərait yaradırıq. Kim fikirləşirsə ki, Paşinyan Qarabağın müstəqilliyindən imtina edəcək, yanılır. Paşinyanı da, hər bir ermənini də yalnız bizim hərbi uğurlarımız güzəştə məcbur edə bilər. Danışıqların səmərəsi olmayacaq – əgər biz tərəfdən güzəşt olmasa.

– Hiss olunur ki, “Qarabağ klanı” İrəvana ciddi mane olur, prosesi tormozlayır. Yaxın zamanlarda Xankəndində, eləcə də İrəvanla separatçıların münasibətlərində ciddi böhran yarana bilərmi?

– “Qarabağ klanı” İrəvanın yalnız daxildə apardığı siyasətlə barışmır və müqaviməti də ciddi deyil, çox zəifdir, çünki xalq tərəfdən dayaqları yoxdur. Paşinyan Qarabağla əlaqədar bizim xeyrimizə olan nə edir ki, klan da bu prosesi pozsun? İrəvanla Xankəndi arasında narazılıq yaranmaz. Ermənilərin ictimi-siyasi şüuru milli məsələlərdə həmrəydir. Sarkisyanın istefası da bunu təsdiqləyir. Xankəndi məmurları İrəvandan asılı olduqlarını dərk edirlər və əks mövqe göstərildiyi halda, iqtisadi böhranla üzləşəcəklərini də bilirlər. Belə bir qarşıdurmanı orda yalnız Rusiya yarada bilər. Bunu da o zaman ki, İrəvan hakimiyyətinə bu yolla təzyiq etsinlər.

– Azərbaycanın daxilində bu məsələ ilə bağlı hansı proseslər gedə bilər?

– Qarabağ məsələsi tədricən həm ictimai nüfuza malik insanların, həm də Qarabağ camaatının gündəminə çevrilir. İlk növbədə cəmiyyətin bu istiqamətdə üzərinə düşən vəzifələri ona çatdırılmalıdır və belə bir proses sürətlə inkişaf edir. Siyasi hakimiyyət uğrunda mübarizə edən qüvvələr də hakimiyyətin ən zəif yerinin Qarabağ olduğunu bilir və Qarabağ probleminin həlli yolunda artıq nəticəsi olacaq siyasət aparılmasını tələb edir. İndiyədək aparılan siyasətin uğursuzluğu daha çox qabardılır. Qarabağ camaatı, keçmiş döyüşçülər, bölgənin nüfuzlu şəxsləri təşkilatlanmağı hədəfləyir və “Bütöv Qarabağ uğrunda” mübarizə aparılmasını, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həll edilməsi üçün addımlar atmağın vacibliyini səsləndirirlər. Ona görə Qarabağ camaatı ayrıca götürülür ki, “xalqların sülhə hazırlanması” deyəndə, ilk növbədə, Qarabağ camaatının manipulyasiya edilməsi siyasətinin aparılacağı gözlənilir. Qarabağ camaatına isə şikəst Qarabağ yox, bütöv Qarabağ lazımdır və bundan ötrü üzərinə düşən mənəvi, fiziki gücü göstərməyə hazırdır.

– Ümumilikdə regionda durumu necə dəyərləndirirsiniz? Qlobal rəqabət Cənubi Qafqazı necə şəkilləndirəcək?

– Regionda vəziyyət daha da gərginləşəcək. ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin artacağı və İranın daxilində qarışıqlıq və gərginliyin yüksələn xətlə inkişaf edəcəyi gözlənilir. Eyni zamanda Rusiyanın da Cənubi Qafqazdan ehtiyatla sıxışdırılması xətti davam edəcək. Qlobal qarşıdurmanın episentrlərindən biri məhz bu bölgədə aydınlaşa bilər. Amerikanın strateji mərkəzləri üçüncü dünya müharibəsinin Azərbaycandan, yəni Qarabağdan başlamasını belə ehtimallar sırasına qatır. Bizim böyük qonşular dünyaya təhlükə kimi xarakterizə olunur və dünyanı təhdid edən beş faktorun üçünün ortasında olduğumuzu unutmamalıyıq.

Söhbətləşdi:

Elçin Rüstəmli

Strateq.az

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Prezidentdən tapşırıq:"Mehman Hüseynovun işi obyektiv və ədalətli araşdırılsın!"

Sonrakı yazı

Ali Məclisin Sədri Sərəncam imzaladı: Dövlət Xidməti rəisi vəzifəsindən azad edildi - FƏRMAN

Sonrakı yazı
Ali Məclisin Sədri Sərəncam imzaladı: Dövlət Xidməti rəisi vəzifəsindən azad edildi – FƏRMAN

Ali Məclisin Sədri Sərəncam imzaladı: Dövlət Xidməti rəisi vəzifəsindən azad edildi - FƏRMAN

ABŞ İDARƏÇİLİYİNDƏ PARÇALANMA:Tramp qərarların qəbulunda “8-lər qrupu”nu kənara qoyub – TƏHLİL

ABŞ İDARƏÇİLİYİNDƏ PARÇALANMA:Tramp qərarların qəbulunda "8-lər qrupu"nu kənara qoyub - TƏHLİL

Əli Həsənovun başı dərddə – “Qaçqınkom”da ciddi pozuntular aşkarlandı, prokurorluğa göndərildi

Əli Həsənovun başı dərddə - “Qaçqınkom”da ciddi pozuntular aşkarlandı, prokurorluğa göndərildi

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

2021-02-28
“Meyvəli” bazarında yanğın başlayıb (VİDEO/YENİLƏNİB)

“Meyvəli” bazarında yanğın başlayıb (VİDEO/YENİLƏNİB)

2021-02-28
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Neslihanda bağırsaq sindromu- Foto

Neslihanda bağırsaq sindromu- Foto

2021-02-28
Məktəblər bağlana bilər? – Təhsil İdarəsi açıqlama yaydı

Məktəblər bağlana bilər? – Təhsil İdarəsi açıqlama yaydı

2021-02-28
Saxta ətirlər xərçəngə yol açır – Professor

Saxta ətirlər xərçəngə yol açır – Professor

2021-02-28
İrəvanda mitinq başladı

İrəvanda mitinq başladı

2021-02-28
Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video

2021-02-28
İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransı xarici mediada – Fotolar

İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransı xarici mediada – Fotolar

2021-02-28
Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

2021-02-28
“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək…”

“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək…”

2021-02-28
Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi – Foto

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi – Foto

2021-02-28
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-02-28
Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir

Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir

2021-02-28
Tovuzda ev yandı, xəsarət alan var

Tovuzda ev yandı, xəsarət alan var

2021-02-28
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

2021-02-28
İdarə rəisi işdən çıxarıldı (FOTO)

İdarə rəisi işdən çıxarıldı (FOTO)

2021-02-28
Baku Medical Plaza”da ölüm hadisəsi – Həkim səhvinin qurbanı, yoxsa?..

Baku Medical Plaza”da ölüm hadisəsi – Həkim səhvinin qurbanı, yoxsa?..

2021-02-28
“Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək

“Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək

2021-02-28

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Saxta ətirlər xərçəngə yol açır – Professor
SEÇMƏ

Saxta ətirlər xərçəngə yol açır – Professor

2021-02-28
Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video
SEÇMƏ

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video

2021-02-28
Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
SEÇMƏ

Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi

2021-02-28
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)
SEÇMƏ

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

2021-02-28
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.