Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.
Bir neçə ay öncə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin yanması, şəhərin şimal istiqamətində “EuroHome” ticarət mərkəzinin kül olması, çox çəkməmiş 3-cü mikrorayon dairəsi yaxınlığındakı bazarın alovlanması bu hadisələrdə qəsd, yoxsa təsadüf olması ehtimallarının irəli sürülməsinə səbəb olub.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, hadisələrin ardıcıl baş verməsi cəmiyyətdə yanğınların qəsdən törədildiyi, konflikti olan adamların bir-birindən qisas alması fikrini formalaşdırıb. Onun fikrincə, təxribat və ya qəsd ehtimalı azdır, lakin bu versiyanın da araşdırılması zəruridir.
İ.İsmayıl hesab edir ki, bazarlarda, ümumiyyətlə, müxtəlif məntəqələrdə baş verən yanğınlarda daha çox səhlənkarlıq elementləri nəzərə çarpır.
Ekspert qeyd etdi ki, təhlükəsizlik qaydalarına əməl edilməsində boşluqlar var: “Hansısa hadisə olanda müxtəlif versiyalar meydana çıxır və araşdırmanın yekununda iki variantdan biri qalır. Ancaq son baş verənləri daha çox səhlənkarlıq kimi dəyərləndirirəm, təxribat izi görmürəm. Sadəcə, cəmiyyətdə zəncirvari reaksiya yaranır və hesab edilir ki, kimsə rəqibini sıradan çıxarmaq üçün bu yoldan istifadə edir. Ancaq bu versiyalar ətrafında iş aparmağa dəyər. Hər halda problemi öyrənmək lazımdır. Amma təxribat ehtimalı kiçikdir və yanğının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri standartlara uyğun olmalıdır”.