07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham İsmayıl: “Dini radikallar məqam gözləyirlər, ancaq nəzarətsiz deyillər”

17 Oktyabr 2019, 09:28
Cəmiyyət
A A
İlham İsmayıl: “Dini radikallar məqam gözləyirlər, ancaq nəzarətsiz deyillər”

“Azərbaycanda dini radikalizm, ekstremizm təhlükəsi həmişə aktualdır. Lakin təhlükənin səviyyəsinin pik nöqtəsi və enmə dövrü olur”.

Bu sözləri “Yeni Müsavat”a sabiq MTN polkovniki, təhlükəsizlik mövzusunda ekspert İlham İsmayıl ötən həftə Əfqanıstan, Pakistan və Suriyada döyüşlərdə iştirak etmiş bir qrup azərbaycanlı terrorçunun yaxalanması barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, İŞİD Suriyanın yarısını işğal etmişdi: “Amma getdikcə zəifləməyə və geri çəkilməyə başlayıblar. Azərbaycanda da vəhabi adlanan şəxslər zaman-zaman radikallıq nümunəsi göstəriblər. Sadəcə, xüsusi xidmət orqanlarının sayəsində onların səyləri azalıb. Üstəgəl, İŞİD-ə qoşulan azərbaycanlılardan ölənlər oldu və cəmiyyətdə pis münasibətlə qarşılaşdıqlarını anladılar.Onlar elə bilirdilər ki, guya vuruşub cənnətə düşəcəklər. Gördülər ki, etdikləri mənasızdır. Amma təhlükə hər zaman var. Çünki onlar məqam, zaman gözləyirlər”.

İ.İsmayılın fikrincə, vəhabi adlanan həmin adamlar üzdə görünməsələr də, himayədarlarının təlimatına bənddirlər: “Ancaq o demək deyil ki, nəzarətsizdirlər. Mənim fikrimcə, həbslərlə yanaşı maarifləndirmə də olmalıdır.

Dini Komitə bu istiqamətdə formal mübarizə aparır. Dövlətin ciddi diqqəti və proqramı olmalıdır, televiziyalar maarifləndirmə ilə məşğul olmalıdırlar”.

Ekspertin sözlərinə görə, həmin dini radikallar üçün millətdən əvvəl hümmət anlayışı gəlir: “Ona görə cəmiyyətdən özlərini ayırırlar, təcrid edirlər, bizi kimi adi adamlarla ünsiyyətdən qaçırlar. Amma onların fəaliyyəti həm də özlərinin başına bəlalar gətirir. İraqda, Suriyada ölənlərin uşaqları başlı-başsız qalırlar”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks mübarizə tədbirləri çərçivəsində “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulduğu müəyyən edilib.

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilib.

Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu, Abbasov Rasi Yaşar oğlu ifşa olunaraq saxlanılıblar.

Əvvəlki yazı

“ƏLİ ƏSƏDOVUN QARŞISINA VƏZİFƏ QOYDUM Kİ…” – İqtisadi müşavirənin tam mətni

Sonrakı yazı

“Görürsüz, Türkiyə Suriyada nələr edir?..” – Xankəndində panika, müharibə xofu

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.