Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
Reportyor.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.
“Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya prezidenti Vuçiç də Azərbaycana səfər edəcək”, – deyə Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç bildirib.




















