Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevə dəstək olub.
Reportyor.info xəbər verir ki, o, öz “İnstaqram” hesabında futbolçunun şəklini “Huge respect” (böyük hörmət-red) başlığı ilə paylaşıb.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi”- “Qarabağ” ilk oyunundan sonra “İmarət” fan klubunun bəzi üzvləri Qara Qarayevi təhqir etmişdi. Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevə dəstək nümayiş etdiriblər.