09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İlham Əliyevlə görüşə hazırıq” – müxalif partiyaların sədrləri

16 Sentyabr 2020, 10:27
Siyasət
A A
“İlham Əliyevlə görüşə hazırıq” – müxalif partiyaların sədrləri

Azərbaycanda iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələnin başlandığını söyləmək olar. Hakimiyyət dialoq tərəfdarı olan siyasi rəqibləri ilə danışıq aparır, illərdir qeydiyyatı olmayan partiyalar dövlət qeydiyyatından keçir, hətta təşkilat sədrinə Prezidentin təbriki ünvanlanır. 

Bu formatın təşkilində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin xüsusi iştirakı var. Ə.Vəliyev partiya sədrləri ilə görüşür, fikirlərini öyrənir, problemləri onların dilindən eşidir. Əlbəttə, bu prosesin məntiqi ardıcıllığı olaraq iqtidar-müxalifət dialoqunun baş tutması gözlənilir. Eyni zamanda müxalifət partiyalarının liderləri ilə ölkə rəhbərliyinin görüşü milli barışın əldə edilməsi istiqamətində atılmış mühüm addım olardı.

Necə ki, bundan əvvəl Prezidentin mədəniyyət xadimləri, ziyalılar, fərqli fikir adamları ilə görüşləri olub. Həmçinin Prezident köməkçisi Anar Ələkbərov bu siyasəti davam etdirib, tanınmış siyasi xadimlər, yazarlar, ziyalılarla görüşlər keçirilib.

Ümumiyyətlə, son illər hakimiyyətin bütün istiqamətlər üzrə siyasətində ciddi dəyişikliklər müşahidə edilir. Ənənəvi siyasətdən imtina edildiyi, bunun yerinə təzə yanaşmanın gəldiyi danılmazdır. Bəs müxalif partiyaların sədrləri nə düşünür? Əgər Prezidentlə görüş olsa, hansı məsələlərə toxunarlar, müzakirəni hansı formatda təsvir edərlər?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, belə bir görüş olarsa, orada iştirak etməkdə problem görmür.  Onun sözlərinə görə, bu barədə suallar ilk növbədə iqtidara verilməlidir: “Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, hələ 2011-ci ildə “Demokratiyaya yumşaq keçid” strategiyasını irəli sürmüşdü və ictimaiyyətə təqdim etmişdi. S.Əkbərin sözlərinə görə, Ədalət Vəliyevlə görüşdə ondan təkliflər istənilib və sözügedən sənədi yeniləyərək hakimiyyətə təqdim edib: “Bu haqda mətbuata da məlumat vermişəm. Həmin sənəddə atılmalı olan addımları göstərmişəm. Ona görə təbii ki, dialoq olmadan bu strategiyanın həyata keçirilməsi mümkün deyil”. S.Əkbərin fikrincə, təmas baş tutmalıdır ki, iqtidar-müxalifət münasibətləri inkişaf etsin: “Hələlik iqtidarla müxalifət arasında təmas istənilən səviyyədə deyil. Dövlət başçısı müxalifətlə görüşməlidir. İki səbəbdən bu görüş vacibdir: ölkədə xüsusən siyasi qərarlar Prezidentin razılığı olmadan verilmir, ikincisi, bu təmas olmalıdır ki, demokratiyaya yumşaq keçid strategiyası reallaşsın. Ona görə müxalifət dialoqun yüksək səviyyədə qurulmasını istəyir. Hətta bu görüşə qədər hazırlıq da ola, texniki məsələlər həllini tapa bilər”.

AMİP sədri Arzuxan Əlizadənin fikrincə, belə bir görüşün olması hakimiyyətlə müxalifət arasında dialoq mühitinin formalaşmasına xidmət edə bilər. Partiya lideri hesab edir ki, bu təşəbbüs iqtidardan gəlməlidir və AMİP görüşdə iştiraka hazırdır: “Bizim Ədalət Vəliyevlə görüşlərimizdə özü bildirir ki, müzakirə edilən məsələlər Prezidentə məruzə olunur, məlumatlandırılır. Amma bilavasitə prezidentlə görüş daha effektiv olardı. Həmin görüşdə ölkənin bir sıra taleyüklü məsələlərini müzakirə edə bilərik. Düşünürəm ki, Prezidentlə birbaşa təmasda veriləcək təkliflər problemlərin həllini tapmasında daha effektli ola bilər”.

A.Əlizadənin sözlərinə görə, ölkədə siyasi partiyaların fəaliyyət imkanları məhdudlaşdırılıb: “Prezident özü də qeyd edir ki, son dövrlərdə yeni siyasi konfiqurasiya formalaşmaqdadır.  Dəfələrlə demişik ki, partiyaların sıradan çıxarılması dövlətçiliyə ziyandır, əks halda, kimlərsə dini radikal qruplaşmalara, qeyri-leqal qruplara qoşulurlar, bu da dövlət üçün təhlükədir. Ona görə barış mühiti yaranmalıdır, insanlar müxalif partiyalarda təmsil olunmaqdan qorxmamalıdırlar. Biz bu illər ərzində partiya işinə dəstək verən iş adamlarının sıxışdırılmasının, biznesinin qapadılmasıın şahidi olmuşuq. Nəticədə ölkənin fəal hissəsinin partiyalarda təmsilçiliyi karyera üçün təhlükəli həddə çatıb. Əgər  görüş təşkil olunarsa, bu məsələlərə toxunmaq olar. Eyni zamanda müxalifətdə olan kadrların idarəçilikdə təmsilçiliyini təklif edə bilərik. Təbii ki, ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağ probleminin beynəlxalq təşkilatlar qarşısında qaldırılması barədə  təklifləri Prezidentlə görüşdə səsləndirmək fayda verə bilər. Ümumiyyətlə, bu görüş ölkənin imicinə müsbət təsir göstərə bilər və  bir yenilik olar”.

AĞ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, Prezidentin mədəniyyət xadimləri ilə görüşünü həm cəmiyyət, həm siyasi təşkilatlar təqdir etmişdi: “Dövlət başçısının mədəni, siyasi, iqtisadi elitası ilə ünsiyyətdə olması pozitiv hadisədir. O dövrdə gözləntilər var idi ki, Prezidentin partiya sədrləri ilə görüşü keçiriləcək. Bir çox partiyalar, o cümlədən biz dəvət olduğu halda məmnuniyyətlə həmin görüşdə iştirak edə biləcəyimizi açıqlamışdıq”.

T.Abbaslı hesab edir ki, Prezidentlə partiya sədrlərinin görüşü baş tutsa, müzakirələrdə mövzu qıtlığı ola bilməz: “Ölkədə siyasi arenanın vəziyyəti, çoxpartiyalı sistemdəki problemlər, parlamentin formalaşması, Seçki Məcəlləsi, siyasi məhbuslar və Qarabağın işğaldan azad olunması müzakirə edilə bilər. Fikrimcə, nəinki bir dəfə, mütəmadi və qrafikə salınmış qaydada Prezidentlə partiya sədrlərinin görüşü, fikir mübadiləsi aparması ənənəyə çevrilməlidir. İqtidarla müxalifətin bir araya gəlməsinin faydasını xalq görəcək. Biz bir daha görüşə açıq olduğumuzu bildiririk”.

Əvvəlki yazı

“Payızda bizi daha pis nəticə gözləyir” – həkim

Sonrakı yazı

Təcili: PKK təyinatlıları Qarabağa yerləşdirilir

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.