08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi”nə – Reaksiyalar

04 Oktyabr 2019, 13:26
Siyasət, Manşet
A A
İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi”nə – Reaksiyalar

 

“Ermənilərin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna dünyanın heç bir yerində şübhə etmirlər. Bu məsələ BMT Təhlükəsizlik Şurasının, ayrı-ayrı beynəlxalq təşkilatların qərarlarında əksini tapıb. Ermənistanın indiki rəhbəri Nikol Paşinyan da təxribatçı çıxışlar etməkdə davam edir.

Bir neçə gün öncə, Paşinyan “Qarabağ Ermənistanındır. Nöqtə” ifadəsi işlətmişdi. Bunun cavabını Prezident İlham Əliyev beynəlxalq tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə ən yüksək səviyyədə verdi”.

Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yalan bəyanatını bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti beynəlxalq tədbirdə – “Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdi: “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.

Prezident İlham Əliyev xalqın mövqeyini yüksək tribunadan bəyan etdi. Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal edilən torpaqlarını azad etmək əzmindədir, bunun üçün bütün imkanlardan istifadə edir. Ermənistanın baş naziri cavabını alıb. Ümumiyyətlə, Ermənistan vaxtaşırı Azərbaycandan cavabını alır. Azərbaycanın dövlət kimi möhkəmlənir, iqtisadiyyatı inkişaf edir, beynəlxalq aləmdə siyasi nüfuzu artır, regional iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bunun əvəzində Ermənistan ortaya nə qoya bilir? Ermənistan zəifləyib, sosial vəziyyət ağırlaşıb, əhali ölkəni tərk edir. Bundan başqa, Ermənistan regional layihələrdən də kənarda qalıb. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gücünü və əzmini ortaya qoyur”.

Milli Məclisin deputatı Cavid Osmanov “Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bir sıra önəmli məsələlərə toxunub.

“Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Rusiya Azərbaycan üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Dövlət başçısı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirdi. Prezident Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlarına cavab verdi. Xatırlayırsınızsa, Paşinyan bir neçə gün əvvəl Qarabağda – Xankəndidə “Qarabağ Ermənistanındır. Nöqtə” sərsəm fikir səsləndirmişdi. Ermənistan son zamanlar cəbhə xəttində təxribatlar da törədir. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə geniş vaxt ayırdı. Dövlət başçısı Paşinyanın bəyanatını yalan adlandıraraq, ciddi mesaj verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu mesaj hər bir azərbaycanlını qürurlandırır. Bu, həm də dünyaya mesajdır. Bütün dünya bilməlidir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan tərəfindən işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarına məhəl qoyulmur, bu torpaqlar Azərbaycanındır. Prezidentin bu mesajı məhz beynəlxalq tədbirdə verməsi çox ciddidir. Dünya dövlətləri görür ki, Ermənistan münaqişənin həll üçün sülh prosesinə əngəl olur. Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində Ermənistan çalışacaq ki, danışıqlar masasına otursun. Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu var, istənilən an torpaqları işğaldan azad etməyə qadirdir” – C.Osmanov vurğulayıb.

Deputat Elman Nəsirov da “Report”a açıqlamasında Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib: “Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak etdiyi “Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni diqqət mərkəzində saxladı. Prezident vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə indiyə qədər işləmir, baxmayaraq Təhlükəsizlik Şurasının ayrı-ayrı vaxtlarda qəbul etdiyi sənədlər bir gün sonra icra olunur. Bir çox hallarda isə qətnamə olmadan belə addımlar atılır. Azərbaycanla bağlı isə selektiv yanaşma var. Bu da qəbuledilməzdir, təşkilatın imicini aşağı salır. Dövlət başçısı çıxışında vurğuladı ki, 1921-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul edilib. Yəni Qarabağın Azərbaycanın tərkibinə verilməsi ilə deyil, Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul olunub. Bu, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki ermənilər bunun əksini sübut etmək istəyirlər. Faktiki ortada sənəd var. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında elə ifadələr işlədir ki, bu ifadələr heç bir halda qəbul edilə bilməz. Məsələn, Paşinyan “Azərbaycan xalqı”, “erməni xalqı”, “Dağlıq Qarabağ xalqı” ifadələr işlədir. Faktiki Dağlıq Qarabağ xalqı yoxdur, əhalisi var, həmin əhali də Azərbaycan və erməni icmalarından ibarətdir. “Dağlıq Qarabağ xalqı” kökündən yanlışdır və qəbuledilməzdir. Prezident İlham Əliyev Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” ifadəsinin yalan, həqiqətdən uzaq olduğunu bildirdi, Qarabağın tarixi və hüquqi Azərbaycan torpağı olduğunu qeyd etdi. Ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb, bundan sonra da olmayacaq. Ali Baş Komandan son dərəcə rezonansa səbəb ola biləcək fikir söylədi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bununla da Paşinyanın cəfəng bəyanatlarının, populist yanaşmasının üstündən xətt çəkildi. Prezident münaqişənin həlli ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi”.

Parlament üzvü qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz, prinsipial mövqeyi var: “Bu mövqe ən yüksək tribunalardan ifadə olunur. “Qarabağ” – “Düdelanj” matçında separatçı rejimə məxsus “bayraq” texniki vasitələrlə meydana gətirildi. Bundan sonra Azərbaycan futbolçuları oyunun dayandırılmasını tələb etdi və oyun dayandırıldı. Bu göstərir ki, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən sonra Ermənistan növbəti təxribata əl atdı. Bunu bütün dünya gördü. Bu hadisə ATƏT-in Minsk Qrupu üçün növbəti siqnal olmalıdır ki, bu qədər təxribatların qarşısında Ermənistana təzyiq göstərilməzsə, deməli, hadisələr ən mürəkkəb, gözlənilməz ssenari ilə inkişaf edə bilər. 2016-cı ilin aprelində baş verən döyüşlər ciddi dərs olmalıdır. Doğrudan da, ciddi ölçü götürülməzsə, o zaman Cənubi Qafqazda hərbi əməliyyatların başlaması labüd görünür. Belə olan halda, bütün məsuliyyət Ermənistanın və beynəlxalq təşkilatların üzərinə düşəcək”.

Əvvəlki yazı

İsgəndər Həmidov Türkiyədən qayıtdı

Sonrakı yazı

SEPAH İranda rus jurnalisti həbs etdi – İsrail agenti….

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.