07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyevin addımları İrəvanı çıxılmaz vəziyyətə saldı

05 Mart 2018, 00:53
Siyasət
A A
İlham Əliyevin addımları İrəvanı çıxılmaz vəziyyətə saldı

Ermənistanın 2008-ci ildə tikintisinə başladığı Şimal-Cənub magistral yolu ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, bu yol nəinki iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə, ona böyük zərbə vuracaq.

Axar.az xəbər verir ki, bu fikirlər “Armtimes” saytında yer alıb. Sayt bildirir ki, İran ilə Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır.

Sayt yazır:

“Tutaq ki, hökumət kreditləri cəlb etməklə yolu tikib başa çatdırdı. Belə olan halda tikintiyə sərf olunan kredit hansı gəlirlər hesabına qaytarılacaq?”. Şimal-Cənub yolunun gəlir gətirilməsi gözlənilmir. Əvvəla İran bu layihəyə qoşulmaq üçün heç bir maraq göstərmir. Digər tərəfdən isə yolun beynəlxalq əhəmiyyəti demək olar ki, yoxdur. Beləliklə, aydın olur ki, hökumətin bu layihəsi iqtisadiyyatı dirçəltmək əvəzinə onu daha da pis vəziyyətə salacaq. Çünki alınan milyonlarla krediti faizi ilə birlikdə qaytarmaq lazım olacaq. Bu isə onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı uçurumun kənarına gətirib çıxaracaq.

Ermənistan hökuməti elə zənn edirdi ki, Şimal-Cənub magistral avtomobil yolunu çəkməklə tranzit ölkə kimi Cənub–Şərqi Asiya respublikaları ilə Rusiya və Avropanın nəqliyyat baxımından birləşməsində aparıcı rol oynayacaq. Beləliklə də Ermənistan həm tranzit gəlirlər əldə edəcək, həm də siyasi zəmanət qazanacaq. Yəni, mallarını Ermənistan üzərindən daşıyan dövlətlər ölkədə ictimai-siyasi sabitliyin qorunmasında və Dağlıq Qarabağın işğal altında saxlanılmasında rəsmi İrəvanın mövqeyini müdafiə etmək məcburiyyətində olacaqlar.

Lakin Prezident İlham Əliyevin Azərbaycanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi ilə Ermənistanın planı alt-üst oldu. Azərbaycanın coğrafi və geosiyasi mövqeyini olduqca düzgün qiymətləndirən Prezident İlham Əliyevin təklif etdiyi variant İran, Avropanı və Cənub-Şərqi Asiya dövlətlərini daha çax cəlb etdi. Prezident İlham Əliyev dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ilə daşımaların tez və ucuz həyata keçirilməsini təklif etdi. Bundan başqa, malların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər gördü. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq.

Azərbaycan Prezidentinin təşəbbüsü İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəkləndi. Bununla da Azərbaycan 7 min 200 kilometrlik beynəlxalq nəqliyyat layihəsinin iştirakçısına və Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrildi.

Martın sonunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin rəsmi açılışı da gözlənilir. Bu açılışdan sonra Ermənistan İranın da iştirakını gözlədiyi Şimal-Cənub magistral yol çəkilişi layihəsini birdəfəlik dəfn edə bilər. Yaxşı olar ki, Ermənistan yolun çəkilişini yarımçıq saxlayıb (onsuzda yarımçıq qalıb) aldığı kreditləri qaytarmaq haqqında düşünsün.

Azərbaycan Prezidentinin strateji addımları Ermənistanı regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayıb. Ermənistan işğal siyasətinə son qoymayana qədər bu siyasət davam edəcək. Artıq Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əslində isə Ermənistanın vəziyyətdən çıxış yolu var. Bu yol Dağlıq Qarabağı işğaldan azad etmək və qonşulara ərazi iddialarına son qoymaqdan ibarətdir.

Əvvəlki yazı

Əsəd ordusu hərəkətə keçdi – Şərqi Quta ələ keçirilir

Sonrakı yazı

Astroloji proqnoz – 5 mart

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.