21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyev Sahil Babayevə: “Bu, dözülməzdir”

16 Mart 2020, 16:34
Manşet
A A
İlham Əliyev Sahil Babayevə: “Bu, dözülməzdir”

Bu gün prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edib. “Azərtac”ın yaydığı stenoqrama əsasən prezident görüşdə nazirdən özünüməşğulluq proqramının gedişi barədə soruşub.

Eyni zamanda bu proqram çərçivəsində dövlətin işsiz vətəndaşlara verdiyi mal-qaranı bəzilərinin bazarda satdığı haqda məlumatlar aldığını deyib. Prezident bu halları “dözülməz” adlandırıb.

Sitat:

-Özünüməşğulluq proqramı ilə bağlı hansı işlər görülür? Mən göstəriş vermişəm ki, bu proqramın əhatə dairəsi genişləndirilsin. Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir.

Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir.

Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir. Bu il bu istiqamətdə hansı işlər görülüb və ilin sonuna qədər hansı işlər görüləcəkdir?

Sahil Babayev: Möhtərəm cənab Prezident, özünüməşğulluq proqramı həqiqətən də əhalidə çox böyük maraq oyadıbdır. Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. Siz rəqəmi qeyd etdiniz, 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik.

Biz proqrama beynəlxalq təşkilatları da cəlb etmişik. Sizin müvafiq görüşünüzdən və tapşırığınızdan sonra Dünya Bankı ilə aparılan müzakirələr uğurla başa çatdı. Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcəkdir. Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbdır. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcəkdir.

Biz BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparırıq. Artıq onlar bütün təlimləri keçiblər, bu ildən aktivlərlə təmin olunacaqlar. BMT-nin İnkişaf Proqramının verdiyi yeni təcrübəni, yeni yanaşmanı biz digər layihələrimizdə də tətbiq edəcəyik. Paralel olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə biz “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailəni də özünüməşğulluq proqramı vasitəsilə maliyyələşdiririk. Hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınıb ki, onların da davamlı gəlirliliyi təmin olunsun.

Əlbəttə, bu proqramın icrasının ən önəmli istiqaməti onun davamlılığı və səmərəliliyidir. Biz bununla bağlı monitorinq proqramını müəyyən etmişik. Hər rüb monitorinqlər keçirilir. İlk ilinin tamamından sonra biz monitorinqləri daha aktiv həyata keçirməyə çalışırıq. Çünki birinci ilin monitorinqləri çox yüksək – 85-90 faizin üzərində nəticələr göstərir. Amma səmərəliliyin daha düzgün, daha real qiymətləndirilməsi üçün ikinci ilin monitorinqləri önəm kəsb edir. Biz ictimai şəffaflığın təmin olunması üçün də müvafiq elektron portal yaratdıq. Hər bir insanın aldığı aktivlə birlikdə videoçəkilişi, fotoçəkilişi və aldığı aktivin keyfiyyətinə dair sənədlər orada açıqlanır. Hər bir monitorinqin nəticəsinə dair videolar da oraya qoyulacaqdır və orada açıqlanacaqdır. Əlbəttə, bu aktivlərlə bağlı adekvat addım atmayan insanlar haqqında müvafiq tədbirlər də görüləcəkdir.

Özünüməşğulluq proqramının dayanıqlılığının gücləndirilməsi üçün növbəti addım onun istiqamətlər üzrə bölgüsünün daha da təkmilləşdirilməsi idi. Çünki birinci ildə böyük istək məhz kənd təsərrüfatına, heyvandarlığa idisə, – bizim portfelimizin 82 faizi kənd təsərrüfatına aid idi, – artıq cari ildə bu, 67 faizə düşür. İndi istehsalat və xidmət sahələri də bu işə fəal qoşulmağa başlayıbdır. Bu da, şəhər ərazilərində əhalinin özünüməşğulluğu, kiçik və mikrobiznesin inkişafı baxımından çox önəmlidir.

Çox gözəl uğur hekayələrimiz də var. Məsələn, 2018-ci ildə yaradılmış bir keçi ferması artıq çox genişlənib, əlavə on nəfər işçisi də var. Kiçik şirniyyat sexləri var ki, ciddi şəkildə genişlənib. Yəni, uğur hekayələrimiz də var. Amma qeyd etdiyiniz kimi, uğursuz hallar da, sui-istifadə halları da var ki, onlara qarşı mübarizə aparılacaqdır.

Əvvəlki yazı

Rəfael Dadaşov vəfat etdi

Sonrakı yazı

Bəylər Əyyubov Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.