Prezident İlham Əliyev İsrail Dövlətinin prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.
Başsağlığında deyilir:
“Hörmətli cənab prezident, Ananız – Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.