22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyev hakimiyyəti partiyasızlaşdırır – Maraqlı açıqlamalar…

19 Fevral 2021, 11:05
Gündəm, Manşet
A A
İlham Əliyev hakimiyyəti partiyasızlaşdırır – Maraqlı açıqlamalar…

Sivil dünya idarəetməsində partiyalı hakimiyyətlər hələ çox olsa da, bu siyasət zaman-zaman opponentlərin tənqidlərinə də məruz qalır. Azərbaycanda hakimiyyətdə faktiki YAP sədri olsa da, son illər aparılan partiyasızlaşdırma siyasəti diqqət çəkir. 

Təsadüfi deyil ki, son üç ildə hakimiyyətdə aparılan kadr dəyişikliyində YAP kadr bankı rolunu oynaya bilməyib. Mühüm dövlət postlarına irəli çəkilən gənclərin əksəriyyəti partiyasızdır. YAP üzvü olan bir neçə dövlət məmuru isə hakim partiyanın rəhbər strukturlarında təmsil olunmurlar.

Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı heç biri hakim partiyanın üzvü deyillər.

Bu həm də o deməkdir ki, iqtidarda partiyalılıq öndə deyil, əsas siyasət xalqa və dövlətə xidmətdir. Ümumiyyətlə, hakim partiyanın “kadr bankı zəifləyib” kimi iddialar da var. O baxımdan Prezident daha çox partiya mənsubiyyəti olmayan, xarici təhsilli kadrlara üstünlük verir.

Amma bu fikri bölüşməyənlərin fikrincə, idarəetmədə yeni baxış ondan ibarətdir ki, hökumət yalnız hakim partiyadan formalaşdırılmır.

İqtidar bu monotonluqdan imtina edib, dövlət idarəçiliyinə töhfə verəcək kadrlarla işləməyi üstün tutur. Bundan əlavə, ekspertlərin fikrincə, YAP-çı gənclər də önə çıxa bilmirlər, az sayda partiyadan gənc fiqur göstərmək olar ki, ictimai-siyasi həyatda özünü təsdiqləyib, mətbuatda, telekanallarda hakimiyyətin mövqeyini müdafiə edirlər. Halbuki əvvəllər partiyanın məşhur simaları, adları ilə tanınan üzvləri, öndə olan fiqurları var idi. Onlar müxalifətlə dartışmalara qatılırdı, maraqlı açıqlamalar verirdilər.

Bəs hakimiyyətin partiyasızlaşdırma siyasəti gələcəkdə YAP-ın özünü əhəmiyyətsizləşdirə bilərmi? Hakim partiya funksionerləri bu arqumentləri bölüşürlərmi?

Asim Mollazadə ile ilgili görsel sonucu

 Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Prezident partiya faktoruna yox, peşəkarlığa üstünlük verir. Onun sözlərinə görə, ölkədə islahatlar davam edəcək və dərinləşəcək: “Dövlət idarəetməsinin hər pilləsində əsas prinsip kimi islahatların reallaşdırılması qəbul edilib. Mən daha dərin islahatlar gözləyirəm.Bu, bütün sahələri əhatə etməlidir, dövlət idarəetməsi daha da təkmilləşməlidir”.

A.Mollazadə hakim partiyanın nüfuzu ilə bağlı şərh vermək istəməsə də, hesab edir ki, dövlət idarəetməsində islahatlar aparılır və diqqət buna ayrılmalıdır: “Ona görə də Prezident peşəkarlığı, bilik və bacarağı üstün tutur”.

Elman Nəsirov ile ilgili görsel sonucu

Elman Nəsirov

YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, YAP-ın “kadr bankı”nın zəifləməsi iddialarını bölüşmür. Onun fikrincə, bu yanaşma düzgün deyil. “Yeni Azərbaycan Partiyasının 760 minə qədər üzvü var, onun 40 faizini gənclər təşkil edir. Onların içində kifayət qədər savadlı, xaricdə təhsil almış, nəfsinə hakim kəsilməyi bacaran, vətənpərvər gənclər var. Sadəcə, Prezidentin yanaşmasında partiya məsələsi deyil, bir amal var –  güclü Azərbaycan qurmaq və xalqına ləyaqətlə xidmət etmək…”, – deyə, E.Nəsirov vurğuladı.

Deputatın sözlərinə görə, İ.Əliyevin “hər bir məmur xalqın xidmətçisidir” fikri bu mənada mühüm əhəmiyyət kəsb edir: “Prezidentin özü deyir ki, mən xalqın xidmətçisiyəm. Ona görə vətənpərvər, müasir dünyagörüşlü, təhsilli, xalqa xidməti bacaran olmalısan. Bu kriteriyaların daşıyıcısı olanlara ölkə rəhbərliyi etimad göstərir. Ancaq bəzən belələrinin içində bilikliləri olur, nəfsinə hakim kəsilməkdə problem yaranır. Bu cür məmurlar şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutur və belə olan halda vəziyyət köklü dəyişir. Prezident həmin məmurları cəzalandırır ki, başqalarına dərs olsun. Bu səbəbdən hesab edirəm ki, burada təyinatlar barədə kriteriyalar sadaladığım faktorlardır, partiyanın kadr bazası ilə əlaqəli deyil”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Natiq Cəfərli

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə hesab edir ki, kifayət qədər maraqlı proses və tendensiyadır. Onun fikrincə, YAP özlüyündə klassik ola bilmədi, nazirlik kimi fəaliyyət göstərirdi. “YAP-ın işi tezislər hazırlanması, yeni təkliflərin səslənməsi olmalıydı.  Amma biz müşahidə edirik ki, yeni təkliflər Prezident Administrasiyasından və Prezidentin özündən gəlir. Bu təkliflərin YAP-dan gəlməməsi onun nüfuzunun aşağı düşməsindən də irəli gəlir. Yumşaq desək, Pezidentin reytinqi YAP-ın reytinqindən qat-qat yüksəkdir”.

N.Cəfərlinin sözlərinə görə, hakim partiya formallıqdan başqa bir şey deyil, idarəçilikdə iştirak olmayıb: “Hətta parlamentdə fraksiya qura bilərdi, bunu da etməyiblər. Ona görə bu məsələdə iki yol qalır: partiyaların güclənməsi xətti götürülürsə, son dövrlər müəyyən ipucları da var, ”Siyasi partiyalar haqqında” yeni qanun gündəmdədir, əgər partiyaların ideoloji rəqabəti düşünülürsə, o zaman YAP özü tranformasiya olmalıdır, yəni partiya yeni reallığa uyğunlaşmalıdır. İkinci amil isə hakimiyyət içində ideoloji və yeni təklifləri olan partiyanın çıxmasının mümkünlüyüdür. Bu, rəqabətli mühit yarada bilər, ideoloji diskussiyalara gətirib çıxarar. Çünki YAP özünü sağ-mərkəzçi partiya elan edib, amma sola yaxın olub, bu da disbalans yaradır. Ona görə maraqlı tendensiyanı müşahiə edirik”.

Əvvəlki yazı

Lənkəranskinin restoranında əməliyyat – Həbslər var…

Sonrakı yazı

Tarixdə 18- 19 fevral…

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.