01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi – ARAŞDIRMA

08 May 2024, 11:23
Özəl, Araşdırma, Manşet, Banner
A A
İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi – ARAŞDIRMA

 

Abşeron-Xızı Regional Təhsil İdarəsi “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti ilə 70 000 manatlıq satınalma müqaviləsi bağlayacaq.
Reportyor.info xəbər verir ki, müqavilə “Azərbaycan müəllimi” qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 000 nüsxə qəzetlə təmin ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. və 2021-ci ildə həbs edilib. Ona qarşı 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-ci (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Vüqar Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Bundan başqa, onun Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

“Azərmətbuatyayımı” ASC Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun şirkəti kimi tanınıb. Bu da səbəbsiz deyil. ASC-nin təsisçisi “Kaspi Mətbuat Yayım” MMC-dir. 1 mart 2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Bu ünvanda Əli Həsənovun ailə üzlərinə məxsus “Atom Qida” MMC, “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK qeydiyyatda olub. Bu şirkətlər artıq ləğv edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb.
Digər tərəfdən, “Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə 300-500 tirajla nəşr edilir. Bu isə il ərzində 70 000 nüsxə etmir.
Biz hələ abunə haqqının baha olmasından danışmırıq. Hazırda qəzetlərin qiyməti 60 qəpikdir. Amma hansısa səbəbdən İdarə “Azərbaycan müəllimi” qəzetini 1 manatdan alır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. Media onun fəaliyyəti haqqında tənqidi materiallarla zəngindir.
Onun bu vəzifəyə təyin olunmasından sonra Abşeron təhsilinin bərbad vəziyyətə düşdüyü barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib olunmayıb.

Əvvəlki yazı

“Yapı Kredi Bank Azərbaycan” dəyən ziyanı ödəmir

Sonrakı yazı

İlham Əliyevin bolqar həmkarı ilə görüşü başlayıb

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.