06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İldə bir dəfə bizim dildə dil açıb danışan hörmərtli baş nazirimzin son çıxışı -Kişiyə niyə bu zülmü verirsiniz

18 Mart 2018, 17:40
Gündəm
A A
İldə bir dəfə bizim dildə dil açıb danışan hörmərtli baş nazirimzin son çıxışı -Kişiyə niyə bu zülmü verirsiniz

İldə bir dəfə bizim dildə dil açıb danışan hörmərtli baş nazirimizin son çıxışı geniş müzakirə mövzusuna çevrilib. Çıxış belə olar! Biri deyir Azərbaycan dilində danışa bilmir, o biri deyir baş nazir kimi son çıxışıdır, başqa biri də onu kürsüyə çıxaranları qınayır ki, kişiyə niyə bu zülmü verirsiniz… Bir sözlə, Artur Rəsizadənin çıxışı əməlli-başlı gündəmə çevrilib.

Ancaq çıxışa diqqətlə baxanlar və dinləyənlərin əksəriyyəti bəlkə də bir xüsusi məqama diqqət yetirmir – Artur Rəsizadənin parlament sədri tərəfindən necə yola salınmasına. Canını qabağındakı kağızdan bir təhər qurtaran baş nazirə müraciət edən Oqtay Əsədov deyir: “Çox sağolun, Artur Tairoviç”. Müraciət formasına baxın! Bu müraciəti adı Azərbaycan və dövlət dili Azərbaycan dili(!) olan ölkənin Milli Məclisinin sədri edir, özü də həmin dövlətin baş nazirinə xitabən – yəni Rusiyanın, Belarusun, Qırğızıstanın yox, məhz Azərbaycanın baş naziri sayılan şəxsə! Və əmin ola bilərsiniz ki, Artur Rəsizadəyə təkcə Oqtay Əsədov yox, digərləri də məhz belə müraciət edirlər.

Dil dövlət atributlarından biri, parlamentin sədri və baş nazir isə həmin dövlətin başında yer alan şəxslər hesab edilir. Görəsən, Tahiroviç, Əhmədoviç, Məmmədoviç hansı dövlətin, hansı dilin müraciət formasıdır? Axı bildiyimiz qədərilə bura Rusiya, Serbiya, Belarus və yaxud hansısa başqa slavyan dövləti yox, Azərbaycandır! Öz dövlət atributuna qarşı bu münasibəti göstərən şəxsin onun başındakı strateji posta sahib olmağa mənəvi haqqı nə qədərdir? Yəqin bu adamlara xatırlatmaq lazımdır ki, onlar Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yaradıb, Fətəli Xan Xoylunun və digərlərinin miras qoyduğu Cümhuriyyətin baş naziri və parlament sədrləridir. Və bu şəxsiyyətlər heç vaxt bir-birinə “filankəs filankəsoviç”deyə müraciət etməyiblər.

Sovet dönəmini başa düşmək olar, o vaxt belə müraciət forması adi hal idi, ancaq o dövrdə də heç kəs bir azərbaycanlıdan başqa bir həmyerlisinə “filankəsoviç” deyə xitab etməsini tələb etmirdi. Bu müraciət forması əsasən qeyri millətlərə münasibətdə işlədilirdi. Ancaq bildiyimiz qədərilə Artur müəllim azərbaycanlıdır və Sovet İttifaqı da artıq 30 ilə yaxındır ki, yoxdur! Bəs görəsən, haradandır bu nostalji, istək, sevgi? Əslində istənilən məmur digərinə “filankəsoviç, yaxud “filankəsovna” deyə bilər – evdə, restoranda və sair, ancaq dövlət qurumunda, xüsusilə də parlamentdə bu müraciət forması heç də dilimizə və atributlarımıza qarşı hörmət əlaməti sayıla bilməz.

Hörmətli Artur müəllimin çıxışının sonunda “Görülən (görünən yox ha-red.) dağa bələdçi nə lazım” deyə atalar sözü işlətməsi isə əsl sensasiya idi. Həmin atlar sözünü oxuyana qədər ürəyində onu ora yazanın gəlib-keçənini neçə dəfə söydüyünü də yəqin ki, bir özü bilir…

Ümumiyyətlə, zarafat və ironiya bir tərəfə, adamın 83 ildir bu ölkədə yaşamasına və işləməsinə, son 22 ildə də onun baş naziri olmasına baxmayaraq, öz dilində danışa bilməməsi əslində faciədir – özü də onun yox, bizim faciəmizdir! Və bu acı reallığı yaşamamızda hələ də ona “Artur Tairoviç” deyə müraciət edənlərin rolu az deyil…

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

Afrinə türk bayrağı sancıldı – İLK GÖRÜNTÜLƏR – VİDEO – FOTO

Sonrakı yazı

30 rayonda 9-cu sinif şagirdləri, 23 rayonda isə peşə təhsili alanlar imtahan verib –DİM-dən açıqlama

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.