04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı

07 İyul 2019, 16:18
Gündəm
A A
İkinci Mahmudu nə öldürdü?! – Murad Köhnəqaladan ittiham dolu yazı
“Ağlayıb qurtardınız? 
İndi gəlin, problemin tərkibindən danışaq. İkinci Mahmudun faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadı”.
”Reportyor.info” xəbər verir ki, bu sözləri tanınmış şair Murad Köhnəqala dünən qəfildən dünyasını dəyişən yazıçı Mahmud Atakişiyev (“İkinci Mahmud”) barəsində danışarkən deyib.
Şair bildirib ki, ümumilikdə götürəndə yazıçının ürək tutmasından ölməsi başa düşülən olsa da, bizdəki nümunələr daha çox qətlə bənzəyir: 
 “Yazıçı öz əsərləri ilə cəmiyyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdı. Bu mənada, yazıçının ürək tutmasından ölməsi də hardasa, başadüşüləndi. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! Əslində, bizdəki ölümlər ölüm deyil, qətldi. Düzdü, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli…”
Onun fikrincə, gənclərin qəfil ölmü onların iqtsadi vəziyyətilə bağlıdır: 
“İndi isə intihar edən, xəstəlikdən dünyasını dəyişən yazıçı-şairlərimizin əksəriyyəti gənclərdi. Bu gənc, işıqlı, istedadlı adamları məhz, çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludu! Yazmaq istəyirsən, çörəkpulu qoymur, yaşamaq istəyirsən, çörəkpulu qoymur, danışa bilmirsən, çörəkpuluna görə susursan, ürəyin partlayır, bağırırsan, ağzını tıxayırlar! Əlbəttə söhbət 40 qəpiklik zavod çörəyindən yox, bir balaca əl-qol açmağa imkan verən iqtisadi nəfəsdərmədən gedir.
Bizə deyirlər ki, get daş daşı, hamballıq elə!
Biz onsuz da bu cəmiyyətin hamballarıyıq. Daş daşıyanın da, qızıl unitazda oturanın da yükünü dartan bizik. Ancaq bundan pul qazana bilmirik, çünki bizim səlahiyyətli məmurlar, milli burjuaziya pulu ədəbiyyata, mədəniyyətə, elmə yox, bayram nurlulara xərcləyir. Yazıçısına “get daş daşı!”, filosofuna “get kartof sat!” deyənlərin cəmiyyəti necə olmalıdır ki?
Eybi yox. Biz yavaş-yavaş infarktdan, beyinə qansızmadan, alkoqoldan ölüb gedəcəyik. Sizsə kartof satan filosofların, daş daşıyan yazıçıların, bədənini satan anaların, vicdana və qanuna tüpürən harın məmurların rəzil vətənində yaşayacaqsız”.
Əvvəlki yazı

ƏMİR ƏRLƏRİNDƏN QAÇAN ŞAHZADƏ XANIMLAR… –Onları qaçmağa nə vadar edir? – ARAŞDIRMA

Sonrakı yazı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib –Şəkinin Dünya İrs Siyahısına salınması münasibətilə

Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.