13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İKİ YAP-çı DEPUTAT ARASINDA SƏRT QARŞIDURMA … – “O, kimdir mən onunla müzakirə edəm?”

31 Avqust 2019, 14:04
Seçmə
A A
İKİ YAP-çı DEPUTAT ARASINDA SƏRT QARŞIDURMA … – “O, kimdir mən onunla müzakirə edəm?”

Bəxtiyar Sadıqov: “Bunu bizə qadağan etsələr, o zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”

Siyavuş Novruzov: “Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərə etiraz edən baş redaktora komitə sədrindən cavab gəldi: “Başsağlığı ilə camaata maaş vermək olmaz; haramdır!”

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərə ilk etiraz elə hakim partiyanın üzvündən gəlib. YAP üzvü olan deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hakim partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun dediklərinə qarşı çıxıb.

скачанные файлыBaş redaktor “Yeni Müsavat”a açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunacağı ilə bağlı fikirlərə etiraz edib. O deyib: “Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”.

B.Sadiqov ardınca digər məqama diqqət çəkib: “Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov öz açıqlamasında bunları bildirmişdi: “Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.

siyavus_5512B.Sadıqovun açıq etirazından sonra S.Novruzov Musavat.com-un əməkdaşı ilə əlaqə saxlayaraq həmkarının dediklərinə reaksiya verib. Onun fikrilərini təqdim edirik:“Bəxtiyar Sadıqov deyir ki, “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olmasına baxmayaraq, bizə heç kəs kömək eləmir. Birinci növbədə dövlət onların kağız pulunu, çap pulunu da, icarə haqqını da – “Azərbaycan” nəşriyyatından bunu öyrənə bilərsiniz – hamısını ödəyir. Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur.

İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını hardan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver!

Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı il verirsənsə, onda vay o jurnalistin halına!”

S.Novruzov baş redaktorla bir həmkar, yaxud partiyadaş olaraq bu mövzuda müzakirə aparmadığını qeyd etdi və “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm?”-söylədi.

B.Sadıqovun parlamentin orqanı olan bir mətbu orqana rəhbərlik etdiyini vurğuladıqda isə bunları bildirdi: “Olsun da, olsun. O qədər redaktor var ki. Hamı ilə mən müzakirə aparmalıyam? Mən müəlliməm, ya həkiməm?”

YAP icra katibinin müavini dedi ki, B.Sadıqov da ona bu məsələ ilə bağlı zəng etməyib: “Bəzən şəxsi maraq ümumi ictimai marağı üstələyir. Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”

Bəs, parlament rəhbərliyinin bu qanun və ona düzəlişlərlə bağlı münasibəti necədir? S.Novruzov: “Parlament rəhbərliyinin biri də mənə bir kəlmə söz deməyib, hamısı bəyənib”.

YAP-ın icra katibi digər məsələlərdən də xəbərdar olduğunu bildirdi: “Digər məsələləri də bilirəm, axı mən Əfqanıstanda kəşfiyyat rəisi olmuşam.

Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir”.

Sonda S.Novruzov ona etiraz edən həmkarına xitabən bunları söylədi: “Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!” (gülür)

Əvvəlki yazı

Leyla Əliyeva yaşlılarla rəqs etdi – Video

Sonrakı yazı

Sentyabr ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.