04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İKİ SABİQ XANIM DEPUTAT “ATIŞDI” – Qarşılıqlı ittihamlar

30 İyul 2018, 18:28
Cəmiyyət
A A
İKİ SABİQ XANIM DEPUTAT “ATIŞDI” –  Qarşılıqlı ittihamlar

Sabiq deputat Gültəkin Hacıbəylinin öz “facebook” səhifəsindən paylaşdığı status onun eks-deputat həmkarı Gülər Əhmədovanı möhkəm qəzəbləndirib. Gülər Əhmədova da öz səhifəsindən ona cavab verib.

“AzPolitika.info” iki sabiq xanım deputatın sosial şəbəkədəki “atışmasını” təqdim edirək, kimin nə qədər haqlı olduğunu müəyyənləşdirməyi oxucuların ixtiyarına buraxır.

скачанные файлыGültəkin Hacıbəylinin statusu: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət adından bir milyon dollar həcmində dələduzluq cinayəti törətməkdə təqsirli bilinib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın ayda üç min manat deputat pensiyası aldığı ölkədə, o ölkəyə müstəqillik qazandırmış istiqlalçı millət vəkili Məryəm xanım Həsənova evi olmadığı üçün ağbirçək yaşında yaşadığı yataqxanada, səfalət içində gözlərini həyata əbədi yumub. İstiqlal düşmənlərinin vəzifə, parlament kürsülərində əyləşdiyi ölkədə gerçək istiqlalçıların taleyi məhz belə də olmalıdır. Allah Məryəm xanıma rəhmət eləsin, nur içində yatsın. Onun haqqını yeyənlərin yediklərini qusacağı günü də görəcəyik, inşallah!”

1385107128guleR-ehmedGülər Əhmədovanın statusu: “Gültəkin o qədər gülməli birisidir ki, onun əməllərinin üstü hələ çox açılacaq… Bu, hələ qanmır ki, artıq bunun iç üzünü hətta AŞPA da tanıdı. Və buna cəza kəsdi ki, ay yalançı, sən artıq AŞPA-nın bütün binalarına belə girə bilməzsən. Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin istiqlalçı qadın deputatın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın, görək, niyə mitinqə gələn bu qədər müxalifətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa, qeyri-səmimi və riyakar davranıb. Burdan sənə səslənirəm: “Sakit ol, sənin üzünə qapılarını əbədi bağlamış AŞPA-nın niyə məhz sənə belə davrandığının səbəblərini yaz. O dilsiz-ağızsız qadının ruhu ilə alver eləmə. Sən siyasi alverçisən. Bu heç, məlum məsələdir. Gündəmi bu qadının ruhu ilə dəyişməyə çalışırsan, bu da sənin alver predmetindir. Amma məni müzakirəyə çıxarmağa çalışma. Mən sənə və sənin kimi dəxli oldu-olmadı, mənim adımı çəkən kompleksli adamlara cavab vermirəmsə, bu mənim sizdən qorxduğuma və ya cavab üçün arqumentlərimin olmadığına dəlalət etmir. Əgər bir qadın xanımlığına və yaşına hörmət edib, hər kəsə cavab vermirsə, bu qorxaqlıq deyil. Mənə lap gənc yaşlarımdan verilən öyüdlərdən biri də budur ki, “Qaravaşın işi xanımın arxasınca danışmaqdır”. Böyüklük məndə qalsın deyə, çox hədyan və mənasız sözlərə cavab vermirəm.

Amma unutma ki, səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın sənin üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar.  Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etmədin. Yalnız şəxsi çıxarların ucbatından kiməsə” dost” kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə… Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı… Gecikdin… Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin…”

AzPolitika.info

Əvvəlki yazı

“Paşinyanın oğlunu Qarabağa göndərməsi…” – Zakir Həsənov

Sonrakı yazı

Bakıda həyətləri zəbt edən, ağacları kəsdirən və heç kimə məhəl qoymayan Fədai İmanov

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.