Bir necə gün öncə saytımız vasitəsilə iki balası qətlə yetirilən Niyar Rəhimova məhkəmələrin ədalətsiz qərarına və bəzi media qurumlarının şayiələr yaymasına qarşı üsyan etmişdir.
Oğlanlarını qətilə yetirən Z.Tərlanov ömürlük həbs cəzası alsa da, sonra hökm 20 illik müddətli həbslə əvəzlənib. O, oğlanlarının qatili ilə bağlı verilən qərardan Ali Məhkəməyə şikayət edib və yanvarın 17-də işə baxılacaq.
Yanvarın 17-də ananın Apelyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayyəti təmin olunub.Qərar ləğv olunaraq yenidən apellyasiya instansiya məhkəməsinə göndərildi.Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayyəti təmin olunmayıb.Cinayyət işi Ali Məhkəmənin qərarına əsasən yenidən Apellyasiya Məhkəməsində baxılacaq.İki oğlu qətilə yetirilmiş Niyar Rəhimova qərardan razı qalaraq bildirib ki ,onun dərdini bilib düzgün qərar verən hakimlərin hər biri cox sağ olsun.Qanunsevər prezidentimiz İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Ali Məhkəmə sədri cənab Ramiz Rzayevə cənab Fuad Ələsgərova minətdarlığımı bildirirəm onların hər birinə məktubla müraciət etmişdim. Əminəm ki, növbəti məhkəmə prosesi də düzgün qərar verib mənim balalarımın qanını yerdə qoymayacaq. Haqq ədalətin bərpası təmin ediləcək!
Xatırladaq ki, hadisə 2015-ci il yanvarın 8-də baş verib. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1980-ci il təvəllüdlü Cahid və 1985-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilirki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.
REPORTYOR.info
Discussion about this post