19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İki nəfərin ölümündə adı keçən Nəsimi başçısı və oğlundan şok – Dosye

10 May 2018, 09:18
Manşet
A A
İki nəfərin ölümündə adı keçən Nəsimi başçısı və oğlundan şok – Dosye

Baş nazirin müavini Əli Həsənov “Qaçqınkom” sədri vəzifəsində olanda çox böyük səlahiyyət sahibi idi. O vəzifə sahibi ki, nəvəsi Nail Allahverdiyev axırına çıxdı.
Ə.Həsənov 20 il işlədiyi “Qaçqınkom” sədri postunda bir gün ağlına da gəlməzdi ki, nəvəsinin iki nəfərin ölümünə səbəb olacaq qudurğan hərəkəti ucbatından işini itirəcək.
AnaXeber.az yazır ki, eynilə Bakının Nəsimi rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli də ölümlə nəticələnmiş qəza törətdiyi üçün həbs olunmuşdu.
Amma Ə.Həsənovdan fərqli olaraq, A.Əsgərov qanunları ayaqlar altına ataraq oğlunun “ali”liyini üstün tutdu. Əvvəlcə onu müalicə müəssisəsinə köçürdü, oradan isə ev dustaqlığına buraxdırdı.
Çox keçmədi ki, icra başçısı oğluna “cəza” olaraq onu ölkədən uzaqlaşdırıbxaricə göndərd.
Qəzada ölən uşağın atası, “Mcondalds” restoranlarının rəhbəri Maqsud Mirzəyev məhkəmədə bildirmişdi ki, İlham Əsgərli xaricdə kef çəkir.
Vəssalam, qanunlar da tapdandı, günahsız yerə tələf olan yeniyetmənin qanı da batırıldı.
Bu hadisə baş verəndə A.Əsgərov Səbayelin icra hakimi idisə, sonra mükafat olaraq Nəsimiyə təyin olundu. Bu iki hadisəyə fərqli münasibətin səbəbləri var.
Görünür, icra başçısının hamiləri məsələni yuxarı eşelonda böyüməyə qoymayıblar və ölkə rəhbərliyini inandırıblar ki, faciədir, qəzanı törədən həbs olunub, atası isə yaxşı məmurdur. Ancaq belədirmi? – gəlin baxaq.
Dövlət başçısını aldadaraq ev dustaqlığı adı ilə övladını xaricə göndərən icra başçısı Səbayeldən sonra Nəsimidə büdcə pullarını həzm-rabedən keçirməyə başlayır.
AnaXeber.az onu da xatırladır ki, Əsgərovlar qəza törətməkdə mahirdirlər. Keçən il yayılan xəbərlərdən biri beləydi ki, piyadanı vurub öldürən 90 AA 159 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil Nəsimi rayon icra başçısı Asif Əsgərova məxsusdur.
Bu xəbəri Həbib Müntəzir Feysbuk statusunda paylaşmışdı.. Lakin Nəsimi Rayon İcra Hakimiyyəti məlumatı nə təsdiq, nə təkzib etmişdi.
Sadəcə, Əli Həsənovun nəvəsinin məlum cinayəti ilə eyni vaxta təsadüf etdiyi üçün bu olayı diqqətdən kənar qoymuşdu.
Hadisə avqustun 5-də, saat 21:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb.
Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.
Bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar.
Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər.
Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər.
AnaXeber.az media üzərindən yazır ki, A.Əsgərov Nəsimi rayonunu şairin dərisi kimi sərpa soymaqla məşğuldur. Gah əraziləri qarış-qarış satır, gah yaşıllıqlara “divan tutur”.
Məsələn, ötən il Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.
Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir.
Bir canlının tələf olmasına baxmayaraq, övladını cəzalandırmayıb onu həbsxanadan kurorta göndərən məmur üçün təbiətdəki canlıların məhv olmasının heç bir əhəmiyyəti yoxdur.
Odur ki, Nəsimini darmadağın edən, hər boş gördüyü yeri, yaşıllığı satan icra başçısından ciddi şəkildə narazılıq var. Hətta sakinlər sələfi Nəsib Məhəməliyevə şükür edirlər.
Məlum olub ki, məhv edilən yaşıllığın yerində “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir.
AnaXeber.az yazır ki, rayonda digər “agac qətliamı” Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirilib. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqlayıblar.
Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildiriblər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.
Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü.
Rafiq Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar.
Ancaq sonradan virtualaz.org saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi.
R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Bax, belə, A.Əsgərov bu dosyenin sahibi olan məmurdur. Qalanına prezident qərar verəcək…

Əvvəlki yazı

Kişilər nəyə görə bakirə qız ilə evlənmək istəyirlər? ŞÜUR ALTINDA GİZLƏNƏN SƏBƏBLƏR

Sonrakı yazı

Acların demokratiyası: nazirlərin dəyişməsi də ölkəni uçuruma yuvarladır – Səbəblər…

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.