Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanların arasında iki siyasi məhbus var. Reportyor.info xəbər verir ki, onlardan biri Nardaran işində həbs edilib, biri isə İslam Partiyası üzvüdür.
Abbasov Fəramiz Zeynal oğlu, 1955-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir. F.Abbasov Azərbaycan İslam Partiyasının funksioneridir.
Binyədov Eldar Əli Ağa oğlu, 1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir. E.Binyədov Nardaran hadisələrinə görə həbs edilənlərdəndir.