24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İki gün sonra mənə zəng edən şəxs Mehdiyevin kürəkəni olduğunu dedi”

03 İyul 2023, 11:20
Cəmiyyət
A A
“İki gün sonra mənə zəng edən şəxs Mehdiyevin kürəkəni olduğunu dedi”

Hüquqşünas Əliabbas Yasavullu Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə bağlı iddialarla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Yasavullu feysbuk səhifəsində İ.Əliyevin ona məxsus olan, Nizami rayonu ərazisindəki (“Neolit” restoranının yanında) torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirdiyini deyib. O, torpaq sahəsinin hazırda 18 milyon manata satışa çıxarıldığını əlavə edib və məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini, həmçinin Ramiz Mehdiyevdən kürəkəninin əməlinə müdaxilə etməsini xahiş etdiyini əlavə edib:

“Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla Ramiz Mehdiyevə müraciət edərək qızının həyat yoldaşı – İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməsini və bununla əlaqədar məni şəxsən qəbul etməsini xahiş etdim.

Lakin iki gün sonra mənə zəng edən şəxs özünü onun kürəkəni İlham kimi təqdim etdi. Onu narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı “vicdanlı alıcı kimi” qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə “yox” cavabını verdi. Təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi”.

Ə.Yasavullu bildirib ki, həmin torpaq sahəsi məhkəmələrdə İlham Əliyev tərəfindən qayınatası Ramiz Mehdiyevin adından istifadə edilməklə qanunsuz yollarla mənimsənilib: “Mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Ağayeva Kamilə Şirəli qızının adında saxlanılmış və bundan sonra isə nə baş verdiyindən surəti aidiyyəti orqanlara olmaqla, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış 09.12.2011-ci il tarixli, 01.09/019-Ş.R saylı müraciətimdə dolğun məlumat vermişdim. Həmin müraciətdə göstərmişdim ki, Ramiz Mehdiyevin kürəkəni “məhkəmələr” vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası – Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olub.

Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, “Gilan” kiçik müəssisəsinin adını “Ruzu-A” MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar”.

Hüquqşünas məsələ ilə bağlı hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib.

Əvvəlki yazı

Sabiq direktor məktəbin 83 min manatını mənimsədi

Sonrakı yazı

Ötən ay dövlət sərhədini pozan 40 nəfər saxlanılıb

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.