Azərbaycan Respublikası Hərbi prokurorunun müavini general-mayor Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Reportyor.info xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorun digər əmrilə Hərbi prokurorun sabiq müavini general-mayor Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.
Həmçinin, Kamran Əliyevin digər əmrinə əsasən, Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.




















