Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı – Elxan Süleymanov və Valeh Ələsgərov iştirak etməyəcək.
85 saylı Şamaxı Dairə Seçki Komissiyasından Modern.az-a bildirilib ki, bu günə kimi 24 nəfər sənədlərini DSK-ya təqdim edib: “Yalnız 3 nəfərin namizədliyi qeydə alınıb. Budəfəki seçkilərdə Elxan Süleymanov iştirak etmir”.
102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasından isə bildirilib ki, bu günə kimi komissiyaya 14 nəfər sənəd təqdim edib: “Onlardan 3 nəfərin namizədliyi qeydə alınıb. Valeh Ələsgərov sənədlərini təqdim etməyib. O, seçkilərdə iştirak etmir”. Qeyd edək ki, hər iki deputat bitərəfdir.