01-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İctimai vəkil Ağciyər İnstitutunun direktoru ilə bağlı TƏBİB sədrinə müraciət etdi

14 Avqust 2020, 21:44
Cəmiyyət
A A
İctimai vəkil Ağciyər İnstitutunun direktoru ilə bağlı TƏBİB sədrinə müraciət etdi
Hörmətli Ramin Bayramlı!
İctimai iştirakçılıq haqqında qanunun mənə verdiyi hüquqi imkanlardan yararlanaraq, bu ilin yanvar ayından etibarən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda dirketor Həqiqət Qədirovanın təşəbbüsü və sərtişətiszliyi nəticəsində yaranmış problemləri bir daha diqqətinizə və ictimaiyyətə çatdırmaq istəyirəm.
Məlum olduğu kimi 24 iyul 2020-ci il tarixdə sözügedən tibb müəssisəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova direktor Həqiqət Qədirovanın qərəzli və qanunsuz əməli münasibətinə daha artıq tab gətirə bilməyərək intihara cəhd etdi. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, nə siz, nə də ki, rəhbəri olduğunuz qurumdan bu xoşagəlməz hadisəyə heç kim reaksiya vermədi. Həkim Səbinə Məmmədovanın hüquqlarının ictimai əsaslarla müdafiə edən biri kimi deməliyəm ki, onu problemlərinin əks olduğu heç bir yazılı müraciətə bu günə qədər rəsmi qaydada cavab verməmisiniz. Xüsusilə, 16 iyul 2020-ci il tarixli şikayət ərizəsində Səbinə xanım intihar həddinə çatdığını və sizdən artıq dərəcədə kömək umduğunu diqqətinizə çatdırmışdı. Lakin Həqiqət Qədirovanı müdafiə etmək marağınız, onun bütün haqsız və qanunsuz əməllərini kölgədə qoydu. Və buna görədir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda vəziyyət hələ də acınacaqlı, hələ də dözülməz olaraq qalmaqdadır. Mənəvi-psixoloji vəziyyət, əmək şəraiti və tibb müəssisəsinin maddi-texniki təchizatı ürəkaçan səviyyədə deyil.
Həqiqət Qədirova məhz o şəxsdir ki, vaxtilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru olduğu zaman oranı viran qoyub, mərkəzin işçilərinin dərin nifrətini qazanıb. Məhz onun rəhbərliyi dövründə əmək təhlükəsizliyin təmin olunmaması səbəbindən mərkəzin xeyli sayda işçisi təhlükəli virusa yoluxmaq məhkumiyyətini yaşayıb.
2017-ci ildən etibarən bənzər dramatik əməllər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tüğyan etməkdədir. Təsadüfi deyil ki, bu şəxs instituta rəhbər təyin olunduğu gündən kadr siyasətində ciddi problemlər yaşandı. İnstitutun 3 həkim-reanimatoloqu işdən uzaqlaşdırıldı ki, bu da xəstələr arasında ölüm hallarının ciddi şəkildə artmasına sadə zəmin yaratdı. Cari ilin təkcə yanvar ayı ərzində 19, 5 ay ərzində isə 68 nəfər xəstənin ölümü sözügedən mühakimənin əyani və rəsmi təsdiqidir. Bu isə ötən 4 illin müvafiq olaraq 1-cü rübü ilə müqayisədə ölüm hallarının 3 dəfə artması deməkdir.
Covid-19 infeksiyası ilə əlaqədar olaraq mart ayının 5-dən etibarən “Xüsusi rejimli xəstəxana” statusunda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda neqativ hallar daha da artmışdır.
İlk olaraq 24 aprel 2020-ci il tarixdə direktor Həqiqət Qədirovanın karantin qaydalarını kobud sürətdə pozması faktı qeyd alındı. Xeyli sayda tibb işçisini sosial məsafəni gözləmədən və heç bir əsaslı zərurət olmadan akt zalına yığan xanım Qədirovanın bu əməli tibb işçiləri arasında virusa kütləvi yoluxma üçün münbit şərait yaratdı.. Bu fakta görə rəhbəri olduğunuz qurum tərəfindən ciddi xəbərdarlıq alan Həqiqət Qədirova haqqında çox təəssüflər olsun ki, daha sonra laqeyidlik və təkzib nümayiş etdirildi. İnstitutda tibb işçiləri arasında kütləvi yoluxmalara baxmayaraq, rəhbəri olduğunuz qurumun mətbuat sözcüsü Rəvanə Əliyeva gülünc və hiddət yaradan açıqlamalar verərək “yoluxmanın xəstəxanadan kənarda baş verdiyini dilə gətirdi”. Halbuki məlum yığıncaqdan sonra artıq 2 nəfər tibb işçisi COVİD-19 infeksiyasına yoluxmuşdu. Onu da qeyd edim ki, virusa yoluxan şəxslərdən biri- institutun sabiq direktoru 70 yaşlı Ağayev Faiq Firuddin oğlu idi. Və o, bir neçə ay öncə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında vəfat etdi. Yaşı 65-dən yuxarı olan şəxslərin yaşayış yerini tərk etməsi qadağan olunduğu bir ərəfədə o, və onunla bərabər risk qrupuna daxil olan bir neçə tibb işçisi məcburi şəkildə işə çıxarılmışdı. Direktor Həqiqət Qədirova o şəxsdir ki, onun qanunsuz əməlləri saymaqla bitməz. Bu yaxınlarda məhz onun təşəbbüsü ilə institutda müalicə alan xəstə Ülkər Kiçikbəyovanın xəstəxanadan qeyri-qanuni olaraq xaric edilməsi cəhdinə görə institutunun baş həkimi İmamverdi Rzayevlə insident yaşanmış, baş həkimin etirazı və müdaxiləsi nəticəsində Həqiqət Qədirovanın bu çirkin niyyəti baş tutmamışdır. Bundan başqa yaxın zamanlarda reanimasiya şöbəsində ölən xəstənin qızıl dişli protezinin oğurlanmasını da qeyd etmək olar.
Qeyd edilənlərdən ziyadə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tibb xidmətin pullu olmasını da vurğulamaq da fayda var. Maraqlıdır ki, instituta rəhbər təyin olunduqdan sonra xəstələrdən pul alınmasına qarşı çıxdığını iddia edən Həqiqət Qədirova, nədənsə bu iddiada özünü doğrulda bilməyib. Konkret desək xanım Qədirovanın heç bir iddiası öz təsdiqini tapmayıb. Müayinələrin ödənişsiz olduğu deyilən institutda tibb xidmətlər üzrə tarifləri diqqətinizə çatdırıram:
• Rentgen- plyonkalı 10 AZN, kağız üzərində 5 AZN • Komputer Tomaqrafiya- disklə 70 AZN, disksiz 30 AZN • UZİ- 30-100 AZN ( xəstənin maddi-sosial vəziyyətinə görə dəyişir) • Qeydiyyat- 2- 5 AZN • Kardioqrama-30 AZN
Baş tibb bacısı Sevda Ramazanovanın rəhbərliyi altında institutda yatan xəstələr üzrə açılan xəstəlik tarixçələrinə görə isə 20 AZN vəsait tələb olunur.
Hazırda respublika səviyyəsində COVİD-19 virusu ilə mübarizə getdiyi bir dönəmdə Elmi Tədqiqat Ağciyər İnstitutunda heç bir qaydalara əməl olunmur, sosial məsafə qorunmur, xəstələrə biganə yanaşılır və onların vəziyyətindən sui-stifadə olunur, rüşvətxorluq davam edir. Heç bir növbə gözlənilimir, kim pulun tez verdi önə o, keçir. Bunlar azmış kimi qiymətlərdə ciddi artım var. Bu kimi hallara etiraz edənlərə isə mühafizəçilər fiziki təziq göstərib instutdan kənarlaşdırırlar.
Sizin elmi rəhbəriniz olan Həqiqət Qədirovanın rəhbərlik etdiyi institutunda mövcud vəziyyət budur. Hələ mən bir çox məsələlərə toxunmadım. Konkret olaraq onu nəzərinizə çatdırım ki, direktor Həqiqət Qədirova institutda tibbi işin təşkilindən başqa hər cür qanunsuz əməllə məşğul olur. İşçiləri bir-birinin üzünə qoymaq, təhdid və hədə-qorxu altında bir nəfərin əlehinə imzalar yığmaq, işçini təhqir edərək təxribata çəkmək, işçini gecə növbələrində güdmək, ayrı-seçkilik salmaq, işdən azad etmək qorxusu yaratmaq və.s
Odur ki, ölkə başçısı cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı tövsiyyələrini nəzərə alaraq və İctimai İştirakçılıq Haqqında Qanunu rəhbər tutaraq sizdən tələb edirəm:
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Qədirova Həqiqət Əbdül qızının dövlətimizin və cəmiyyətimin qanunla qorunan mənafeyinə ciddi şəkildə ziyan vurması faktlarını nəzərə alaraq, onun tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul edin.
İctimai vəkil Samir Zeynalov

Əvvəlki yazı

Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu – Video

Sonrakı yazı

Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.