09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İCRA BAŞÇISIYLA RÜSTƏMXANLI ARASINDA QARŞIDURMA – İşə Prezident Administrasiyası qarışıb

27 May 2018, 10:56
Cəmiyyət
A A
İCRA BAŞÇISIYLA RÜSTƏMXANLI ARASINDA QARŞIDURMA – İşə Prezident Administrasiyası qarışıb

Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq nazir və millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb.

BakuPost xəbər verir ki, bu barədə Xalq şairi özünün “Facebook” səhifəsində məlumat verib. Bildirib ki, A. Əsgərov onun təhsil aldığı məktəbdə şagirdlərlə cümhuriyyətlə bağlı görüşünə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Administrasiyası və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.

“Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət, normal insana yaraşmayan cəhdlərinə baxmayaraq, mayın 25-də Prezident Aparatının və Təhsil Nazirliyinin (onlara təşəkkürümü bildirirəm) müdaxiləsindən sonra məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirdim. Bu görüş cümhuriyyət bayramına və bizim məzunluğumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət eləməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət, dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O, niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət, bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?” – deyə, Xalq şairi bildirib.

ayaz

Ayaz Əsgərov

S. Rüstəmxanlının sözlərinə görə, başçı bir həftə əvvəl görüşlə bağlı tərəddüdlü də olsa, müsbət fikirdə olduğunu dilə gətiribmiş: “Məni təəccübləndirən başqa bir şey də var. Bir həftə öncə görüşü icra başçısı ilə razılaşdırmağın vacibliyini mənə demişdilər və mən də başçıya zəng vurmuşdum. Bir az tərəddüdlə olsa da, “gəlin, məktəbdə görüş keçirməyinizə bir söz demirik” demişdi. Rayona çatan kimi yanına getmişdim. Onda da “olmaz!” deməmişdi. Anlaşılmayan da məhz budur: üzdə mənə “etirazımız yoxdur” deyib, arxada başqa tapşırıq vermək iyrənc işdir, ayıbdır və bir rayon böyüyünə yaraşmaz…”

Xalq şairi hər şeyə rəğmən görüşün yüksək səviyyədə keçdiyini vurğulayıb: “Lakin əsəblərimiz pozuldu. Ancaq ortada çoxlu suallar qaldı. Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətdir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil.

İkincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər?

Nəhayət, şagirdlərin cümhuriyyət bayramı ərəfəsində öz sevdikləri qələm əhliylə görüşünü önləmək istəyən bir adam hansı dövlətçilik, idarəçilik şüurundan və yerli əhaliyə hansı hörmətindən danışa bilər?”

Əvvəlki yazı

Ramazanın 11-ci günü: dua, imsak və iftar vaxtı

Sonrakı yazı

HACIBALA ABUTALIBOV BŞİH-dən AYRILA BİLMİR – Hər gün işə gedir + FOTO

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.