Goranboy rayon İcra Hakimiyyətində yeni təyinat olub.
“Report”un məlumatına görə, müvafiq sərəncamla Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ş.Həsənov bundan öncə, Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.