06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi – hakim danışmağa imkan vermədi

19 Aprel 2021, 20:30
Cəmiyyət
A A
İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi – hakim danışmağa imkan vermədi

 

Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. İşə Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baxılır.
“Reportyor.info” bildirir ki,İcra başçısı Ziyəddin Əliyev jurnalisti ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir. Bu jurnalsitin Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir. Əvvəlki prosesdə ittihamın təhqir hissəsi araşdırılıb. Aprelin 19-da keçirilən prosesdə isə hakim jurnalistə ittihamın digər hissəsi ilə bağlı ifadə verməyi təklif etdi. Onun vəkili Cabbar Bayramov isə təklif etdi ki, Ziyəddin Əliyevin vəkili Seyfəddin Əliyev ittiham üzrə böhtanla bağlı epizodları şərh etsin.
Hakim təklif etdi ki, ittihama əlavə edilən disklərdəki videolara baxış keçirilsin, bundan sonra epizodlar üzrə dəqiqləşdirimələr aparılsın. Cəmil Məmmədlinin 27 fevral 2021-ci ildə hazırladığı 17 dəqiqə 43 saniyəlik “Qədim Qubanın müasir günü – I hissə… (kadr siyasəti…)

https://m.youtube.com/watch?v=MT3SS0uV2EU

 

roreportajına baxış keçirildi. Həmin videoda Ziyəddin Əliyevin kadr siyasəti haqda şəxsi fikirlər, mülahizələr yer alıb. Qısa müddətdə 23 icra nümayəndəsi dəyişdirilib. İcra nümayəndələrindən biri eyni vəzifəyə 20 min manat qarşılığında yenidən təyin olunub. Bundan başqa bir çobandan 12 min manat rüşvət alınması məsələsi də videoda əksini tapıb. Məsələ belə olub: – İmran adlı şəxs Haput kənd sakini Arif Mustafayevə müraciət edib, heyvanatı üçün yaylaq yeri icrəyə götürmək istəyib. O da Elnur Əlimova müraciət edib. Əlimov da dostu icra nümayəndəsi Ramin Nəcəfova bu haqda deyib. O da Quba icra başçısının iqtisadi məsələlər üzrə müavini Xanlar Heybətovun yanına gedib. Sonuncu bu haqda başçıya deyib. Ziyəddin Əliyev 15 min manat rüşvət istəyib. İmran kişi 12 min rüşvət verib. Pul Xanlar Heybətova çatdırılıb. Bundan sonra çobana yarımçıq sənəd verilib. Lakin İmran kişi Quba icra hakimiyətinə çox getsə də, sənədi tam şəkildə düzəldə bilməyib.

Günlərin birində isə digər çoban İmran kişidən 102 xidmətinə şikayət edib. Bundan sonra araşdırma aparılıb, İmran kişidən geniş ifadə alınıb, rəsmiləşdirilib, rüşvət məsələsi üzə çıxıb. Son nəticədə Xanlar Heybətov həbs olunub. O da pulu son qəpiyinə qədər icra başçısı Ziyəddin Əliyevə çatıb. İş Quba Rayon Prokurorluğuna ötürülüb. Ordan da iş Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ötürülüb. Həmin vaxt Ziyəddin Əliyev Xanlar Heybətovu ələ almağa bacarıb. Onu həbsdən qurtaracağını, yenidən vəzifəyə qaytarılacağını vəd edib. Bundan sonra Xanlar Heybətov cinayəti boynuna götürüb və 4 maddə ilə barəsində cinayət işi başlayıb. Hazırda Quba rayon Məhkəməsində onun işi üzrə məhkəmə prosesi keçirilir.

Videoya nümayiş ediləndən sonra vəkil Cabbar Bayramov xüsusi ittihamçının nümayəndəsinə böhtanla bağlı iddialarını konkretləşdirməyi təklif etdi. Hakimin diqqətinə çatdırdı ki, xüsusi ittihamla bağlı iddia ümumiyyətlə icraata qəbul olunmalı deyildi. Vəkil fikrini belə əsaslsndırdı ki, iddiada hansı sözlərin böhtan olduğu əvvəlcədən dəqiqliyi ilə əksini tapmalı idi. Buna baxmayaraq mücərrəd xüsusi ittiham qaydasında iddia icraata qəbul edilib. Vəkil vəsatəıtlə çıxış edib qarşı tərəfin böhtanla bağlı iddiaya konkretlik gətirilməsini, hansı sözlərin böhtan olduğunu yazılı şəkildə məhkəməyə təqdim olunmasını xahiş etdi.
Vəsatətə münasibət bildirən Ziyəddin Əliyevin nümayəndəsi bildirdi ki, baxış keçirilən videoda müvəkkili rüşvət almaqda ittiham olunur. O, bu haqda fikirlərin böhtan olduğunu söylədi.

Hakim Anar Sadıqov vəsatəti təmin etmədi.
Vəkil Cabbar Bayramovun digər iddiası 20 min rüşvət məsələsi ilə bağlı oldu. O, bu epizod üzrə şahid Ramin Nəcəfovun dindirilməsini məhkəmədən xahiş etdi. Ziyəddin Əliyevin nümayəndəsi isə Ramin Nəcəfovun dindirilməsinə etiraz elədi. Bundan sonra Cabbar Bayramov məhkəmədən israrla şahidin dindirilməsini xahiş edərək bildirdi ki, Ramin Nəcəfovdan 20 min manat rüşvət alınıb və o, vəzifəyə təyin olunub. Ramin Nəcəfovun məhkəmə önündə olduğunu qeyd edərək onun zala dəvət edilməsini istədi. Hakim şahidin dindirilməsini indiki mərhələdə məqsədəuyğun hesab etmədiyini açıqladı və vəsatəti təmin etmədi.
Vəkil Cabbar Bayramov hakimin mötəbər sübut gücündə olan şahidin dindirilməsi haqda vəsatəti təmin etməməsini onun ittiham tərəfə meyllənməsi kimi dəyərləndirdiyini açıqladı.
Vəkil hakim Anar Sadıqova yazılı etiraz verdi. Məhkəmənin sədri Xıdır Quliyev etiraza baxaraq təmin etmədi. Bundan sonra proses aprelin 30-na kimi təxirə salındı.
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.

Gülay

Reportyor.info

Əvvəlki yazı

Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir

Sonrakı yazı

Hökumət magistraturaya qəbulla bağlı qərarında dəyişiklik etdi

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.