Suraxanı rayon icra başçısı Əziz Əzizov təzə “ştat” açıb. Reportyor.info-nun verdiyi xəbərə görə, icra başçısı bu dəfə çətir tutan “vakansiyasına” işçi götürüb. Sosial şəbəkələrdə gülüşlə qarşılanan fotodan görünür ki, yağışlı havada İH nümayəndələrindən biri Ə.Əzizovun başına çətir tutub. Bu da facebook-da “İcra başçısı “zontik tutan” vəzifəsi açıb” təqdimatı ilə müzakirələrə səbəb olub. Halbuki paylaşılan digər fotoda prezident İlham Əliyevin çətiri öz əlində tutduğu görünür və müqayisə aparılır. Ümumiyyətlə, icra başçılarından buraxılmış parlamentin deputatları kimi nə desən gözləmək olar. Kimisi rüşvətlə həbs olunur, kimisi sahibkarın “qanını içir”, kimisi də yanında “zontik” tutan gəzdirir.
REPORTYOR.info