04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

”İcra başçısı rəislə gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da…” – Beyləqanda ilginc olay

13 Aprel 2018, 23:57
Seçmə, Manşet
A A
”İcra başçısı rəislə gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da…” – Beyləqanda ilginc olay
”Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm. Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin”– bu sözləri Criminal.az saytına ötən gecə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev bildirib.
R.Əliyev deyir ki, 2014-cü ildən Beyləqan şəhərindəki stadionda fəhlə işləyir. Oradakı çayxanada gündəlik qəpik-quruşla ailəsini dolandırır. Hazırda stadion ərazisində idman kompleksi tikildiyindən onun fəaliyyəti dayanıb. Ona görə də hazırda kompleksin tikintisini aparan şirkətin gözətçisidir.  
Vaqif Abdullayev
”Bir neçə gün əvvəl başçı gəlib stadionun bayraq dirəklərini mənə sökdürdü. Tapşırdı ki, 5 ədəd dirəyi inzibati binanın içərisinə yığım. Lakin prezident seçikilərinə görə stadionda konsert keçirildiyindən başçı tapşırıq vermişdi ki, həmin dirəkləri tikinti materiallarının içərisinə daşıyım. Mən də o deyəni etmişdim. Dünən axşamtərəfi işə gedəndə həmin dirəkləri yerində görmədim. Bələdiyyə sədri Novruz müəllimə zəng etdim. O da xəbərsiz olduğunu dedi. Sonradan öyrəndim ki, tikintini aparan şirkət dəmirləri kamaza yükləyərək aparıb. Gecə icra başçısı rəislə gələn kimi məndən dirəkləri soruşdu. Ona xəbərsiz olduğumu dedim. İşçisi Novruz müəllimə xəbər verdiyimi dedim. Bundan sonra başladı məni təhqir edib döyməyə. Məni vuranda qardaşım araya girdi, məni qucaqladı. Başçı əlindəki telefonla qardaşımı vurmaq istədi. Qardaşım başını əydi, telefon yerə düşərək qırıq-qırıq oldu. Dedim ki burda prezidentimiz kompleks tikdirir, mən də burda gözətçiyəm, niyə məni bu hala salırsan? Prezidenti də, naziri də təhqir etdi. İki gün əvvəl xəstə atamı aparıb prezidentimə səs verdirmişəm. Gözü görməyən atama demişəm ki buranı xətlə. İndi başçı mənim prezidentimi təhqir edir? Bu kimdi axı? Nə olsun ki, icra başçısıdır… Niyə mənim şəxsiyyətimi, namusumu tapdalayır? Mənim 25 yaşlı şəhidimi niyə təhqir edir?”– R.Əliyev bildirdi.
R.Əliyevin sözlərinə görə, başçının əmri ilə qan içərisində onu və qardaşını şöbəyə gətiriblər. Orada sərxoşluq müayinəsindən keçirilib, qanından analiz götürmək istəyəndə isə etiraz edib.
Rahil Əliyev 
”Polisdə litr yarım qan itirdim. Nə qədər yalvarsam da həkim çağırmadılar. Mənə niyə bu zülmü verdilər? Axı mən özümə söyüş söydürən adam olmamışam. Bir sözlə, polisdə izahatımı aldılar. Sonra şirkətin rəhbəri mənim günahsız olduğumu, dəmirləri özü səhvən apardığını dedi. Səhərə yaxın saat 5-də polisdən buraxdılar. Bu dəqiqə məni polis axtarır. Tutub məhkəmədə 10 sutka verib içəri atacaqlar. Rayon ərazisində gizlənmişəm. Xahiş edirəm kömək edin”.– bunları da R.Əliyev deyir.
R.Əliyevin qardaşı İlkin də Criminal.az saytına açıqlamasında başçı V.Abdullayev tərəfindən hücuma məruz qaldıqlarını, təhqir olunduqlarını bildirdi: ”Mən də həmin tikintidə fəhlə işləyirəm. Hadisədən qabaq mənə zəng etmişdilər ki, stadionda oğurluq olub. Dedim ki, şirkət aparıb təmir üçün. Mənim sözümə inanmadılar. Gecə başçı gəldi, söyməyə başladı. Ona ”söyüş söyməyin” deyəndə isə cavabımı aldım. Qardaşımın vurub burnunu sındırdı. Mənə telefonunu atdı, yerə düşüb sındı. Hazırda qardaşımdan xəbərim yoxdu. Çağırmışdılar barışıq olsun. Amma Rahil barışmaq istəmir, heç kimlə görüşmək istəmir”.
Fizuli Şıxəliyev
Məsələ ilə bağlı rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev icra başçısının gözətçini döyməsini təkzib etsə də, dəmir boruların yoxa çıxdığını təsdiqlədi: ‘‘Dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib icra hakimiyyətinə təhvil verdilər. Döyülmə olmayıb”.
İş vaxtı bitdiyindən Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacağıq…
Əvvəlki yazı

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib

Sonrakı yazı

Ermənistan silahlı qüvvələri atəşkəsi 91 dəfə pozub- Müdafiə Nazirliyi

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.