09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısı Leyla Əliyevanın abad etdiyi parkda restoran tikir – Fotolar

10 İyul 2020, 12:11
Seçmə, Banner
A A
İcra başçısı Leyla Əliyevanın abad etdiyi parkda restoran tikir – Fotolar

Bakı şəhər, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon ərazisindəki obyektləri, vəzifəsindən sui-istifadə edərək topladığı varidat, qanunsuz torpaq satışı və bu qəbildən olan digər əməlləri barədə mətbuatda çox yazılıb. 

Düşünmək olardı ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin sərt xarakter aldığı, icra başçılarının bir-birinin ardınca həbs olunduğu bir vaxtda A.Qasımov bir qədər qorxuya düşəcək və Nizami rayon ərazisi ilə öz dədə-baba mülkü kimi davranması hallarına son qoyacaq. 

Ümumiyyətlə, A.Qasımov o icra başçılarındandır ki, həbsi gözlənilən rayon rəhbərləri sırasında onun adı ön sıralarda çəkilir. Lakin Qasımov cənabları hələ də taxtındadır və hələ də obyektlərinin sayını artırmaqla məşğul olur.

Özü də o, ilin-günün bu vaxtında bir qədər də irəli gedərək Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə İDEA İctimai Birliyi tərəfindən icra olunan layihə çərşivəsində abadlaşdırılmış həyətin ərazisinə göz dikir.

Ötən ilin dekabr ayında sakinlərin istifadəsinə verilmiş həyət Məmmədəli Şərifli küçəsində – “Kəndimiz” restoranının qarşısında yerləşir. “Bizim həyət” adlanan layihənin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan sözügedən  həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb.

Həyətin açılışında şəxsən Leyla xanım Əliyevanın özü iştirak edib.  Lakin çox təəssüf ki, rayonun icra başçısı Arif Qasımov bu ərazini sakinlərə çox gördü. Açılış mərasimindən sonra həmin abadlaşdırılmış yeni həyətdə restoran tikintisinə başladı. Nəticədə həyətin kifayət qədər geniş ərazisi zəpt olundu, yeni salınmış ağaclar yerindən çıxarılaraq zibilliklərə daşındı və beləliklə də uşaqların oynamasına, əylənməsinə maneə yaradıldı.

İndi təsəvvür edin ki, bu adam heç nədən çəkinmir. Leyla xanım Əliyevanın abadlaşdırdığı və sakinlərin istifadəsinə verdiyi həyətdə də obyek tikir, öz varidatını genişləndirir. Əgər məsləhət və uyğun olsaydı elə layihədə iaişə obyekti inşa olunardı.

Deməli uyğun gəlməyib, yaşayış binalarının düz qarşısında restoran tikilməsi məsləhət bilinməyib. Ərazi başdan ayağa sakinlərin ixtiyarına verilib. Amma Arif Qasımov açılışdan dərhal sonra parkda restoran tikməyə başladı. Bu obyekt sakinlərə, uşaqların oynamasına mane olur.

Dərdimizi kimə deyiriksə eşitdiyimiz o olur ki, həmin obyekt Arif Qasımovun oğlunundur.  Başa düşmürük, dövlətin torpaqları ilə niyə dədə-baba malı kimi davranırlar? Saya gəlməyəsi qədər restoranları var, bizim həyətə niyə göz dikirlər?

Əvvəlki yazı

Kamran Əliyevdən yeni təyinat

Sonrakı yazı

Deputat: “Sərt karantin daha bir həftə uzadıla bilər”

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.